Главная > Maraqlı > Yeni Azərbaycan Partiyasının 30 illiyi

Yeni Azərbaycan Partiyasının 30 illiyi


23-11-2022, 18:06. Разместил: admin44

Azərbaycanın yeni tarixində mühüm siyasi əhəmiyyətli hadisələrdən biri də Yeni Azərbaycan Partiyasının yaradılmasıdır.Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində yaranmışdır.Bu partiyanın yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və həmin dövrdə mövcud olan ictimai -siyasi şəraitin məntiqi nəticəsi idi.O illərdə bir tərəfdən  respublikamızda hərc-mərclik  hökm sürür,ölkəmizin əyalətlərə parçalanma prosesi ,digər tərəfdən vətəndaş müharibəsi gedirdi,həmçinin  xaricdən edilən təcavüz və daxili çəkişmələr siyasi rəhbərliyi çıxılmaz vəziyyətə salmışdı.Məhz belə bir durumda  xalqı və dövlətçiliyi xilas edə biləcək yalnız bir  qüvvə  var idi,o da Heydər Əliyev şəxsiyyəti və Heydər Əliyev müdrikliyi idi.
         
Azərbaycanın çətin anında ümummilli liderimizin ətrafında sıx birləşməyə,onun köməyi ilə xalqı və müstəqilliyini yenicə bərpa etmiş dövləti bu fəlakətdən xilas etməyə çalışan ziyalılar Heydər Əliyevi yeganə çıxış yolu seçmişdilər.Elə bu səbəbdən də onlar siyasi mübarizə yolu ilə Ümummilli Liderimizin rəhbərliyi ilə yeni partiya yaratmaq qərarına gələrək ona müraciət etdilər.Müraciəti imzalayanlar çox yaxşı bilirdilər ki,ölkəni bu ağır və dözülməz vəziyyətdən çıxarmağa yalnız Heydər Əliyev qadirdir. Görkəmli ziyalıların  müraciətini nəzərə alan Ümummilli Lider Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi.
         
Beləliklə,1992- ci ilin noyabrın 21- də Müstəqil Azərbaycanımızın çağdaş dövlətçilik tarixində yeni  bir səhifə açıldı. Bəli,Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurətdən , həmin dövrdə ideoloji-siyasi durumun yaratdığı milli tələbatdan irəli gəlirdi. Yarandığı ilk gündən Partiyanın bir məqsədi var idi - ölkəni fəlakətə,uçuruma sürükləyən qüvvələrin qarşısını almaq, sabitliyi təmin etmək, xalqı böhranlı günlərdən xilas etmək.
             
Biz bu gün Yeni Azərbaycan Partiyasının dövlətçiliyimizin möhkəmlənməsində, ictimai-siyasi sabitliyin bərqərar olmasında ,xalqın nicata qovuşmasında mühüm bir vasitə olduğunu bir daha görürük.
           
Ümummilli Liderin ideyalarını  həyata keçirən Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası böyük gücə çevrilib,onun 800 minə yaxın üzvü var.Bu üzlərin böyük hissəsi isə hər zaman Cənab Prezidentimizi dəstəkləyən gəclərdir.Məhz həmin gənclər Azərbaycanımızın tarixi Zəfərin qazanılmasında müstəsna rol oynadılar.
     
 Əminliklə deyə bilərik ki, yaradıcısı Ümummilli Lider olan Yeni Azərbaycan Partiyasının fəaliyyətində  bu gün Heydər Əliyevin ideya və arzuları yaşayır.Tarixi Qarabağ Zəfərindən sonra  Yeni Azərbaycan Partiyası Prezident ,Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə dogru  daim inamla irəliləyəcək və xalqımızı uğurlu gəcəyə aparacaq.
         
Bu günlərdə Yeni Azərbaycan Partiyasının yaranmasının  30- cu ildönümü qeyd olunur.Bu tarixi günün tarixi ədalətin bərpa olunduğu,haqq savaşımızda qələbə qazandığımız zəfər günləri ərəfəsində qeyd olması xalqımız üçün qürurvericidir.
             
Yeni Azərbaycan Partiyası ötən 30 il ərzində böyük inkişaf yolu keçmişdir və bir çox uğurlara imza atmışdır. Bütün bunlar deməyə əsas verir ki, ümumxalq partiyası olan YAP- ın fəaliyyəti bundan sonrakı dövrlərdə də Azərbaycanımızı  inkişafına xidmət edəcək.

Yeni Azərbaycan Partiyası milli birliyin, vətəndaş həmrəyliyinin ,sabitlik və tərəqqinin təminatçısıdır.Bəli,Azərbaycan xaqlının xilaskarı ulu öndərimiz Heydər Əliyevin dediyi kimi "Yeni Azərbaycan Partiyası dünənin,bu günün ,gələcəyin partiyasıdır".



Həşimova Aygül,
C.Cabbarlı adına Ərkivan qəsəbə 1 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi 



"Yeni həyat" qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад