Главная > Maraqlı > “Parlaq gələcək üçün narkotikə yox” mövzusunda tədbir

“Parlaq gələcək üçün narkotikə yox” mövzusunda tədbir


24-11-2022, 06:42. Разместил: admin44
Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təşkilatçılığı ilə Masallı rayonunda “Parlaq gələcək üçün narkotikə yox” mövzusunda tədbir keçirilib.

Bədəlan kənd tam orta məktəbində təşkil olunan maarifləndirmə tədbirinə Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı sektoru üzrə təhsil müəssisələrindən 200 idmançı, müəllim, məşqçi və idman məktəblərinin rəhbərliyi qatılıb.

Tədbiri giriş sözü ilə açan Masallı Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Əlifağa Yaqubov toxunulan mövzunun aktuallığını, idmanda narkotik vasitələrdən istifadənin bu gün dünya səviyyəsində problem olduğunu vurğulayıb.

Sonra AMADA-nın əməkdaşı Lalə Hacıyeva Agentliyin bu sahədə gördüyü işlərlə bağlı məlumat verib, mövcud vəziyyəti ətraflı təhlil etmək məqsədilə genişmiqyaslı tədqiqat layihəsinin icra edildiyini diqqətə çatdırıb.

Çıxışçılar narkotiklərin zərərləri, onun törətdiyi fəsadlardan, bu cür maarifləndirmə tədbirlərinin prioritetləri müəyyənləşdirmədə və idman sahəsində narkotiklə mübarizə işininin səmərəli təşkilindəki faydasından danışıblar. Bildirilib ki, narkotik və digər zərərli vərdişlərdən uzaq durmaq, sağlam həyat tərzinə malik olmaq üçün idmanın rolu əvəzedilməzdir.

Agentliyin nümayəndələri tərəfindən təqdim edilən təlimlərdə iştirakçılara təməl antidopinq bilikləri – dopinq anlayışı, antidopinq qayda pozuntuları, dopinq testi və təmiz idman dəyərləri haqqında geniş məlumat verilib, bundan bəhs edən videoçarx nümayiş etdirilib.

Yeniyetmə və gənc idmançılarla interaktiv sorğular və testlər keçirilib.

Təlimlərdə fərqlənənlərə hədiyyələr təqdim edilib, iştirakçılara maarifləndirici bukletlər paylanılıb.



"Yeni həyat" qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад