Главная > Maraqlı > Ulu Öndər mirası - müstəqil Azərbaycan

Ulu Öndər mirası - müstəqil Azərbaycan


26-11-2022, 15:25. Разместил: admin44

Respublikamızın əldə etdiyi uğurlarda Yeni Azərbaycan Partiyasının böyük rolu var. Ölkədə sabitliyin, dayanıqlı inkişafın təminatında avanqard rolunu davam etdirən hakim partiyanın ideyaları, fəaliyyəti xalq tərəfindən dəstəklənir. Azərbaycanın aparıcı siyasi qüvvəsi, Cənubi Qafqazın ən böyük partiyası olan YAP nəinki regionda, eləcə də, beynəlxalq arenada özünün böyük nüfuzu ilə tanınır... Noyabrın 21-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdə Partiyanın keçdiyi çətin və şərəfli yola nəzər salan Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev ötən dövr ərzində müstəqilliyə doğru atılan addımlar, Heydər Əliyevin cəsarəti, təcrübəsi, müdrikliyi və xalqın bu dahi inasana olan inamı nəticəsində əldə edilən uğurlardan bəhs etdi: “Biz Ulu Öndərin rəhbərliyi ilə çox ciddi iqtisadi islahatlara start verdik. İqtisadiyyatın bazar iqtisadiyyatı prinsipləri əsasında qurulması məhz o illərdə öz əksini tapmışdır. Azərbaycanın gələcəkdə dünyəvi dövlət kimi inkişafı məhz o illərdə təsbit edilmişdir. Doğrudan da 1992-ci il noyabrın 21-i Azərbaycanın ictimai - siyasihəyatında yeni tarixin başlanğıc nöqtəsi oldu . Ümummilli lider

Heydər Əliyevin ölkənin siyasi, iqtisadi, ictimai-mədəni həyatının bütün sahələrində gördüyü işlər, dahi rəhbərin laiyiqli davamçısı, dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyilə həyata keçirilən uğurlu siyasət Azərbaycanı inkişaf yoluna çəkib. Respublikada sabitliyin bərpası, idarəetmə sistemində dönüşün yaradılması, dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, müstəqil iqtisadi siyasətin və xarici siyasətin milli maraqlar yönümündə aparılması, güclü maliyyə zəmini əsasında bir çox sahələr kimi ordu quruculuğunun inkişafı ilə Azərbaycanımızı beynəlxalq aləmə müstəqil dövlət kimi təqdim etməyi bacardıq.

Ölkə rəhbərinin vurğuladığı kimi: “Mən 2003-cü ildə xalqa söz vermişdim ki, bu yoldan dönməyəcəyəm. Son 19 ilin hadisələri onu göstərir ki, belə də oldu, Ulu Öndərin bütün tapşırıqları, bütün tövsiyələri yerinə yetirildi. O, öz siyasi vəsiyyətində demişdir ki, bir çox işlər görüldü, ancaq görə bilmədiyimiz işləri mənim davamçılarım görəcək, belə də oldu. Biz onun siyasi xəttini davam və inkişaf etdirərək güclü Azərbaycan dövləti qurduq ki, sözün əsl mənasında, hər bir azərbaycanlı bu dövlətlə, doğma dövlətimizlə fəxr edir.”

Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə üzləşdiyimiz bəlalardan xilas olduq, xaos, iqtisadiyyatda tənəzzül aradan qaldırıldı, erməni təcavüzünün, separatizmin qarşısı alındı, multikulturalizmin təməli qoyuldu, geosiyasi imkanlarımız genişləndikcə dünya ölkələri arasında dostlarımızın sayı artdı. Vaxtilə Ümummili Liderimiz deyirdi ki, dövlət, ölkə, nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir. Məhz cənab Prezident İlham Əliyev çıxışında bu məqama da toxundu:

“Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır, bu da Ulu Öndərin siyasəti idi. Biz bu siyasəti uğurla davam etdirərək, zənginləşdirərək bu gün Azərbaycanda, hesab edirəm ki, dünya miqyasında nadir və təkrarolunmaz mühit yaratdıq. İkinci Qarabağ müharibəsi bunu bir daha göstərdi. Azərbaycanda yaşayan bütün xalqların nümayəndələrinin hamısı bir nəfər kimi ölümə getməyə hazır idi, ölümə gedirdi, azad edilmiş torpaqlarda bayrağımızı qaldırırdı. Bu, bizim böyük üstünlüyümüzdür.” 

44 günlük Vətən müharibəsində əldə etdiyimiz Böyük Zəfər Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı, bu möhtəşəm Qələbə mübariz xalqımızın yaddaşında əbədi yaşayacaq. Müzəffər Ali Baş Komandanımızın səsləndirdiyi fikirlər bunun bariz nümunəsidir: “8 noyabr 2020-ci il hamımızın yaddaşında əbədi qalacaq, o cümlədən mənim. O vaxt Ulu Öndərin məzarını ziyarət etdim, ondan sonra şəhidlərin qəbrini ziyarət etdim. Şəhidlər xiyabanında Azərbaycan xalqına Şuşa müjdəsini verdim. Ulu Öndərin məzarı önündə özümə dedim ki, bu vəsiyyət də, bu sonuncu vəsiyyət də yerinə yetirildi.” Yubiley tədbirində Partiyanın 30 illik fəaliyyətində əldə edilən uğurlardan, gələcəkdə atılacaq addımlardan danışıldı. Görüləcək tədbirlər, qarşıda duran vəzifələr cənab Prezident tərəfindən aydın şəkildə ifadə edildi: “İqtisadiyyatımızın şəffaflaşdırılması, xoşagəlməz hallara qarşı mübarizə, kölgə iqtisadiyyatının həcminin əhəmiyyətli dərəcədə azaldılması, biznes mühitinin yaxşılaşdırılması, inhisarçılığa qarşı daha ciddi mübarizə - bütün bunlar gündəlikdə duran məsələlərdir. O cümlədən dövlət şirkətlərində korporativ idarəetmə üsulunun tətbiq edilməsi bu günün reallıqlarını əks etdirir... O cümlədən Qarabağı və Şərqi Zəngəzuru öz hesabımıza yenidən qurmaq və bütün məqsədlərə çatmaq üçün bizə mütləq güclü iqtisadiyyat bundan sonra da lazım olacaq. ” Əminik ki, bu vəzifələrin yerinə yetirilməsi, həyata keçirilən iqtisadi islahatlar Azərbaycanın uğurla, inamla inkişafına töhfə verəcək .


Sabiq CAHANGİROV,
YAP Masallı rayon təşkilatı,
gənclər və idman idarəsi ərazi partiya təşkilatının sədri



"Yeni həyat" qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад