Главная > Maraqlı > Masallıda “Qadın zorakılığına qarşı mübarizə günü”nə həsr olunmuş tədbir

Masallıda “Qadın zorakılığına qarşı mübarizə günü”nə həsr olunmuş tədbir


25-11-2022, 21:24. Разместил: admin44

Noyabrın 25-də Masallı Tarix-Diyarşünaslıq Muzeyi və Masallı Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə 25 noyabr-Qadın zorakılığına qarşı beynəlxalq mübarizə gününə həsr olunmuş dəyirmi masa keçirildi. Tədbirdə  adı çəkilən müəssisənin əməkdaşları iştirak edib.

İlk öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva   25 noyabr – Qadın zorakılığına qarşı beynəlxalq mübarizə gününün yaranma səbəbi və ictimai diqqətin bu problemə yönəldilməsinin  vacibliyindən  geniş danışdı.

 Sonra Qalereyanın direktor  vəzifəsini müvəqqəti icra edən Təhmasib Məcidov zorakılığın müasir cəmiyyətdəki müxtəlif formaları və bu  qlobal məsələnin daha çox qurbanı olan  qadınların öz potensiallarını göstərmək üçün göstərə biləcəyimiz dəstəkdən danışdı.

Tədbir iştirakçıları mövzu ilə bağlı fikir mübadiləsi apararaq mövcud problemlərin həlli üçün   istifadə oluna biləcək çıxış yollarını da müzakirə etdilər.





“Yeni həyat” qəzeti
www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад