Главная > Maraqlı > “Qəhrəmanlarımızı Tanıdaq” layihəsi çərçivəsində qazi Ülvi Kərimovu ziyarət

“Qəhrəmanlarımızı Tanıdaq” layihəsi çərçivəsində qazi Ülvi Kərimovu ziyarət


26-11-2022, 21:26. Разместил: admin44

“Qəhrəmanlarımızı tanıdaq” layihəsi çərçivəsində “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin kollektivi Il Qarabağ Müharibəsi qazisi Kərimov Ülvi Əlikram oğlunu ziyarət ediblər. Ziyarət zamanı qazimizin keçdiyi şərəfli döyüş yoldan söhbət açılıb, qayğıları dinlənilib. Qəhrəmanımız müharibədə qələbə qazanmağının sevincini, döyüş xatirələrini bizimlə bölüşüb. Kərimov Ülvi Əlikram oğlu 01 mart 2002-ci il tarixində Masallı rayon Şərəfə kəndində anadan olmuş, 2008-2019-ci illərdə Masallı rayon Q.İsmayılov adına Şərəfə kənd tam orta məktəbində təhsil almış, 2020-2021-ci illərdə çağırışçı kimi hərbi xidmətə yollanıb, Həqiqi hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində davam etdirib. Qəhrəmanımız 3-ci qrup əlildir.

Kərimov Ülvi Əlikram oğlu 20 sentyabr 2020-ci il tarixində ll Qarabağ Müharibəsində Talış kənd, Suqovuşan qəsəbəsi və Ağdərə rayonunun azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak etmiş, qazimiz Ağdərə rayonunun azadlığı uğrunda gedən döyüşdə ayağından ağır yaralanmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Kərimov Ülvi Əlikram oğlu “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur.




“Yeni həyat” qəzeti
www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад