Главная > Maraqlı > Masallı rayonunda “Narkotik Maddələr Tələdir!” layihəsi

Masallı rayonunda “Narkotik Maddələr Tələdir!” layihəsi


26-11-2022, 21:29. Разместил: admin44

Azərbaycan Qadınları Respublika “Cəmiyyəti” İ.B Masallı Rayon Gənclər Evində “Narkotik Maddələr Tələdir!” adlı layihəsini Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maddi dəstəyi ilə tədbir keçirdi. Tədbiri Masallı Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Nahid Həsənov açaraq qonaqları salamladı və iştirakçılar şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad etdilər. Nahid Həsənov onu da bildirdi ki, Masallıda son illər, geosiyasi məkana görə, qonşu ölkələrdən Azərbaycana narkotik vasitələrin qanunsuz dövriyyəsi üçün münasib dəhliz hesab edərək, keçirmək istəyənlərin qarşısı alınır, onlarla mübarizə aparılır. Narkotik vasitələrin insan sağlamlığına vurduğu ziyanlar barədə məlumat verdi və gəncləri ayıq-sayıq olmağa səslədi.

 Təşkilatın sədri Bahar Qasımova bu günlərdə qeyd etdiyimiz Zəfər Bayramından, Qalibiyyətə gələn yolumuzdan danışdı, şəhidlərimizin, qazilərimizin, əskərlərimizin, Müzəffər Ordumuzun Qəhrəmanlıqlarını qeyd edərək, bütün dünya azərbaycanlılarının Ali Baş Komandan, Möhtərəm Prezident cənab İlham Əliyevin bir “Yumruq” ətrafında birləşməsindən, gələcəkdə onları əvəz edəcək gənclərin sağlam, bilikli, azad olunmuş torpaqlarımızda müasir şəhər və rayonların salınmasında, dirçəlişində, vətəndaş kimi iştirak edəcəklərinə inandıqlarını bildirdi. Narkotik vasitələrin gələcəkdə hansı təhlükəli cinayətlərə gətirəcəyi barədə maarifləndirici bilgiləri gənclərə çatdırdı.

Təşkilatın sədr müavini, psixoloq, jurnalist, FHN yanında İctimai Şuranın katibi, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü, Vəfa Abbasova layihənin məqsədindən, narkotiklərin təsirindən, risk faktorlarından və onlardan qorunmağın yollarından məlumat verərək, psixoloji testlər apardı. Narkotik maddələrdən istifadə edən gənclərin valideynləri əksər hallarda bu maddələrdən istifadə edən şəxslər olduğundan, yeniyetmələrin bölüşə biləcəyi insanın olmaması da problemlərin yaratdığını qeyd etdi. Valideynləri ən çox maraqlandıran, asudə vaxtlarının necə keçirilməsi barədəki suallara cavab olaraq bildirildi ki, hal-hazırda Təhsil Nazirliyinin müxtəlif peşə yönümlü peşə məktəbləri fəaliyyət göstərir.

            Masallı rayon polis şöbəsinin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili polis mayoru Rauf Kərimov rayonda keçirilən əməliyyatlardan, narkomaniya zəminində törədilən və tamah xarakterli cinayətlərdən, onların alverindən, diğər qeyri qanuni əməliyyatlardan qazanc əldə etmək məqsədi güdən ictimai təhlükəli əməllərdən, ailələrin dağılmasından statistik rəqəmləri səsləndirdi. Ürək ağrıdıcı xəbər-qadınların və gənclərin də bu statistik rəqəmlərdə yer almasıdır. Polis mayoru Rauf Kərimov profilaktik, maarifləndirici tədbirlərin rolunu da xüsusi qeyd etdi. Ən əsası gənclərin pis vərdişlərdən, pis əməllərdən uzaq olmalarını tövsiyə etdi.

Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının üzvü Sədi Axundzadə çıxışında dini baxımdan da narkotik vasitələrin istifadəsi və yayılmasının günah olduğu barədə, erkən nikahların, valideyn sevgisindən, diqqət, qayğı və nəzarətdən uzaq olan, problemlər qarşısında aciz qalan, yollar axtaran uşaqlar da risk qrupuna daxil ola biləcəkləri haqda məlumat verdi.

 



“Yeni həyat” qəzeti
www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад