Главная > Maraqlı > Prezident İlham Əliyevin 25 noyabr tarixində beynəlxalq konfransda çıxışı etmişdir

Prezident İlham Əliyevin 25 noyabr tarixində beynəlxalq konfransda çıxışı etmişdir


29-11-2022, 00:30. Разместил: admin44

Noyabrın 25-də Bakıda,ADA Universitetində “Orta Dəhliz boyunca:təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib. Prezident çıxışında regionda baş verən hadisələrin müzakirəsi üçün önəmli platforma olmaqla, postmüharibə dövründə sülh quruculuq və yenidənqurma işlərinə xüsusi diqqət yetirilir .Bu dəfə biz əsas diqqəti bu gün region üçün önəmli və vaxtı yetişmiş məsələ olan “Orta Dəhliz”məsələsinə yönəltməyə qərar verdik.Azərbaycanın geostrateji yerləşməsi həmişə-qədim İpək Yolu vaxtından Ümumilli Lider Heydər Əliyevin böyük Avrasiyanın yeni enerji xəritəsini məharətlə cızaraq müvəffəqiyyətlə enerji dəhlizlərinin yaratdığı müasir dövrümüzə qədər özünə diqqəti cəlb etmişdir.Hesab edirəm ki,əvvəl apardığımız müzakirələrimiz və bu dəfə aparacağımız müzakirələr regiondakı reallıqların, Azərbaycanın planlarını və bizim regiondakı qarşılıqlı əlaqələrimizin daha yaxşı qavranılmasına töhfə verəcək.      

Azərbaycanın coğrafiyası yaxşı məlumdur.Bizim açıq dənizə, okeanlara çıxışımız yoxdur.Buna görə də istər bizim enerji layihələrimiz,istərsə də nəqliyyat layihələrimiz olsun,hədəfimizə çatmaq üçün biz cox gərgin işləməli idik.Biz əslində iki qitənin ortasında yerləşirik.
               
Bakıda gəmi infrastrukturu və yeni gəmiqayırma zavodlarımızın olması ilə bağlı potensialımızı əlavə etsək,biz,əlbəttə ki, planlaşdırdıqlarımıza nail olacağımızı görəcəyik. Xəzər dənizin şərq sahillərindən yükləri Azərbaycan ərazisinə nəql etmək üçün bizə sözsüz ki, yeni tankerlər, bərələr və yük gəmiləri lazım olacaq.
               
Bizim nəqliyyat-kommunikasiya layihələrinin nisbətən yeni elementiolan dəniz ticarət limanımız 15 milyon tondan 25 milyon tona qədər genişləndiriləcək.Çünki buna zərurət var, çünki dünyada yeni geosiyasi vəziyyət mövcuddur və Azərbaycandan daha çox yüklərin daşınmasına zərurət var. Həmçinin biz hava limanları layihələrini tamamlanması prosesindəyik. Azərbaycanda beynəlxalq hava limanlarının sayı sayı doqquza çatacaq. Əlbəttə ki, bu təkcə sərnişin daşımaları üçün yox ,həm də yük daşımaları üçündür.Beləliklə, biz Azərbaycan ərazisindən yükdaşımaların sürətlə artmasını gözləyirik və buna hazırıq.
         
Bilirəm ki,siz azad edilmiş şəhərlərdən biri olan Ağdama səfər edəcəksiniz. Buna görə də sizə təşəkkür edirəm.Siz Ermənistan tərəfindən otuzillik işğalın nəticələrini öz gözlərinizlə görəcəksiniz.
     
     
       
Teymur  Paşayev,
Masallı rayon Elşən Heybətov adına Dəlləkoba kənd ümumi orta məktəbinin laborantı


"Yeni həyat" qəzeti,
www.yeniheyet.az
       
 
шаблоны для dle 11.2
Вернуться назад