Главная > Maraqlı > Masallıda insan alverinə qarşı mübarizə mövzusunda maarifləndirici seminar
Masallıda insan alverinə qarşı mübarizə mövzusunda maarifləndirici seminar28-11-2022, 23:30. Разместил: admin44 |
28 noyabr 2022-ci il tarixində Masallı rayon Gənclər və İdman İdarəsinin, “Masallı Gənclər Evi” SXM-nin və Ombudsmanın Cənub Regional Mərkəzinin birgə təşkilatçılığı ilə “İnsan alverinə qarşı mübarizədə təbliğat və maarifləndirmə işinin gücləndirilməsi” mövzusunda maarifləndirici seminar keçirilib. Əvvəlcə Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Seminarı giriş sözü ilə Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov açaraq bu seminarın rayon gəncləri üçün böyük əhəmiyyətindən danışmış və gənclərə uğurlar arzulamışdır. Daha sonra Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov təqdimatla çıxış edərək, insan alveri anlayışı, insan alveri qurbanları, onların sosial və hüquqi müdafiəsi və insan alverinə qarşı mübarizədə bu cür maarifləndirici seminarların həyata keçirilməsinin böyük əhəmiyyət olduğunu diqqətə çatdırmışdır. Diskusiya şəkilində davam edən seminar gənclər tərəfindən böyük maraqla qarşılanmış və gəncləri düşündürən suallar cavablandırılmışdır. “Yeni həyat” qəzeti www.yeniheyet.az Вернуться назад |