Главная > Maraqlı > Laçın rayonunun 2020-ci il 1 dekabr tarixində işğaldan azad olundu

Laçın rayonunun 2020-ci il 1 dekabr tarixində işğaldan azad olundu


26-11-2022, 14:29. Разместил: admin44


44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri Ermənistan üzərində şanlı Qələbə qazanaraq 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etdi. Azərbaycan Prezidenti İlham Əliyevin diplomatiq məharəti, prinsipiallığı, dəmir iradəsi və Azərbaycan Ordusunun şanlı Zəfəri nəticəsində Ermənistan Kapitulyasiya sənədini imzalamağa məcbur oldu.İmzalanmış üçtərəfli bəyənata əsasən,noyabrın 20-də Ağdam rayonu ,noyabrın 25-də Kəlbəcər rayonu və dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi.Tarixi ədalət bərpa olundu.

 Azərbaycanın gözəl guşələrindən biri olan Laçın rayonu ölkəmizin cənub-qərbində, Kiçik Qafqazda yerləşir. Şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəd olan Laçın rayonu Azərbaycanın ən qədim şəhərlərindən biridir.

 Əvvələr Abdallar adlandırılan,1924-cü ildən şəhər statusunu alan Laçın şəhəri 1930-cu ildən rayon mərkəzi olub.Laçın rayonu zəngin faydalı qazıntılarla, o cümlədən 3 filiz, 37 qeyri-filiz və inşaat materialları yataqları, civə, əlvan, üzlük daşları və tikinti daşı yataqları ilə zəngindir.

Böyük strateji əhəmiyyətə malik Laçın rayonu 1992-ci il mayın 18-də mənfur erməni silahlı  bölmələri tərəfindən işğal edilmişdir. Rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsini Laçın dəhlizi vasitəsi ilə daxil oldu. Laçın Şuşadan sonar işğala məruz qalmış ikinci rayondur. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qaldı. 300-dən çox hərbi və mülki şəxs həlak oldu və itkin düşdü. İşğal nəticəsində rayonda dövlət və xüsusi mülkiyyətə ciddi zərər yetirilib.

Bu gün Laçın rayonunda da tikinti-quruculuq işləri öz axarında davam edir. Prezident İlham Əliyevin Sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın  avtomobil yolunun uzunluğu 72,8 kilomertdir. Laçın rayonunda həyata keçirilən digər böyük layihə beynəlxalq hava limanının tikintisidir. Azad edilmiş torpaqlarda ümumillikdə  üş beynəlxalq hava limanı tikiləcək. Əldə edilmiş bu Qələbə qədim tarixə malik  qüdrətli bir xalqın dünya ölkələri və millətləri arasında möhtəşəm uğuru, əvəzolunmaz sonsuz sevincdir.

Qeyd edək ki, Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. İlk növbədə, şübhəsiz ki, burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artırılmasına səbəb olacaq. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Olduqca mühüm strateji əhəmiyyətə malik olan Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək. Laçın hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq. Bu hava limanı Kəlbəcər rayonu ərazisinə gediş-gəlişi asanlaşdıracaq.

 

Teymur  Paşayev,                 
Masallı rayon Dəlləkoba kənd Elşən Heybətov adına ümumi orta məktəbinin laborantı  


"Yeni həyat" qəzeti,
www.yeniheyet.az


шаблоны для dle 11.2
Вернуться назад