Главная > Maraqlı > Ermənistanın hərbi cinayətləri
Ermənistanın hərbi cinayətləri28-11-2022, 15:17. Разместил: admin44 |
Ermənistan silahlı qüvvələri tərəfindən Laçın rayonu işğal edildikdən sonra rayon ərazisi vəhşiliklə və amansızlıqla dağıdılmışdır.Təkcə bununla yetinməyən mənfur düşmən işğalçı tərəf olaraq Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adları dəyişdirmiş, rayonun təbii resurslarını talan etmişdir. Erməni əsilli qaçqınlar Suriyadan gətirilərək məqsədyönlü şəkildə Laçın rayonu ərazisində məskunlaşdırılmışdır.Bu cinayətkar əməllər bütün beynəlxalq konvensiyalarda hərbi cinayət kimi təsbit edilmişdir.Və bu cinayətlər dünya ictimaiyyətinin gözü önündə baş vermişdir.Lakin dünya bu cinayətlərə susmuşdur.30 illik sülh danışıqlarıda heç bir fayda verməmiş,düşmən işğal etdiyi torpaqları öz sahiblərinə geri qytarmamışdır.Lakin Azərbaycan xalqı özü beynəlxalq qanunlarının aliliyini və tarixi ədaləti 30 ildən sonra bərpa etdi.Vətən müharibəsində əldə etdiyimiz şanlı qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verilmişdir.2020-ci il noyabrın 26-da “Laçının azad olunmasına görə” medalı təsis edilmişdir. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8397 hərbi qulluqçusu “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.Laçın rayonunun erməni işğalından azad olunması tarixi ədalətin bərpası olmaqla yanaşı Müzəffər Ali Baş Komandan, prezident cənab İlham Əliyevin rəhbərliyi altında xalqımızın və ordumuzun böyük əhəmiyyət kəsb edən qələbəsidir. Anar Məmmədov, Masalı rayon sakini "Yeni həyat" qəzeti, www.yeniheyet.az Вернуться назад |