Главная > Maraqlı > Laçın rayonunun işğaldan azad olunması tarixi ədalətin bərpa olunmasıdır

Laçın rayonunun işğaldan azad olunması tarixi ədalətin bərpa olunmasıdır


29-11-2022, 15:38. Разместил: admin44

Laçın rayonu Azərbaycanın qədim torpağı olmaqla yanaşı iqtisadi-coğrafi mövqeyinə görə böyük əhəmiyyət kəsb edir.İnzibati ərazi vahidi statusu almış Laçın rayonu  Kəlbəcər,  Qubadlı,  Xocalı, Şuşa və Xocavənd rayonları ilə yanaşı Ermənistanla da həmsərhəddir.

Laçın rayonu 1992-ci il mayın 18-də erməni silahlı qüvvələri tərəfindən işğal olunmuş,əhalisi etnik təmizləməyə məruz qalaraq, 300-dən artıq hərbi və mülki şəxs həlak olmuş və itkin düşmüşdür. Bədnam qonşularımız tərəfindən işğal edilən rayon ərazisi vəhşiliklə və amansızlıqla dağıdılmışdır. İşğal nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri talan və məhv edilmiş və 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə erməni  vandalizmə məruz qalmışdır.Bununla da Ermənistan işğalçı tərəf olaraq Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozmuşdur.Və bütün bu cinayətlər dünya ictimaiyyətinin gözü qarşısında baş vermişdir.

Lakin Azərbaycan xalqı özü tarixi ədaləti bərpa edərək 30 illik həsrətə son qoydu.Vətən müharibəsində əldə etdiyimiz parlaq qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci ilin 1 dekabr tarixində düşmən Laçın rayonunu Azərbaycana təhvil verdi.Artıq Laçın rayonu işğaldan azad edildikdən sonrakı inkişaf dövrünə qədəm qoymuşdur.Laçın rayonu yenidən əvvəlki gözəlliyinə qovuşacaq və“Böyük Qayıdış” Dövlət Proqramına uyğun olaraq Laçın əhalisi öz doğma şəhərinə qayıdacaq və əbədi olaraq öz torpaqlarında yaşayacaqlar. 


Lətifə Həsənova,
Masallı rayon Musaküçə sakini


"Yeni həyat" qəzeti,
www.yeniheyet.az



шаблоны для dle 11.2
Вернуться назад