Главная > Maraqlı > Orta dəhlizin tam istismara verilməsi üçün təhlükəsizlik və iqtisadi potensial ən vacib şərtlərdəndir

Orta dəhlizin tam istismara verilməsi üçün təhlükəsizlik və iqtisadi potensial ən vacib şərtlərdəndir


1-12-2022, 13:20. Разместил: admin44

Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin bu günlərdə, 2022-ci ilin noyabrın 25-də Bakıda keçirilən "Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq tarixi konfransında qeyd etdiyi kimi təhlükəsizlik və iqtisadi potensial olmadan bütün region ölkələrinə fayda verəcək Orta Dəhlizin tam istismara verilməsi məqsədinə nail olmaq mümkün olmayacaq. 

Orta Dəhliz kimi irimiqyaslı layihəni icra etmək üçün təhlükəsizlik və iqtisadi bacarıq məsələləri müzakirə olunmalıdır. Orta Dəhlizin tam olaraq reallaşdırılması üçün Azərbaycanda tələb olunan bütün amillər – siyasi sabitlik, təhlükəsizlik, iqtisadiyyat, infrastruktur mövcuddur. Eyni zamanda, ölkəmizin Avropa ilə Asiyanın arasında yerləşməsi Orta Dəhliz marşrutunun bağlılıq məsələlərində mühüm rol oynamağa imkan verir. Həmçinin Azərbaycanda uzun illər ərzində yatırılmış sərmayə və görülmüş işlər nəticəsində dəmir yolları, yol infrastrukturu sahəsində böyük uğurlar əldə olunub. Həm daxili yol infrastrukturu, həm də Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi ölkəmizin ərazisindən keçən yüklərin də həcmini dəfələrlə artırıb. 

Bu səbəbdən də Azərbaycan Bakı-Tbilisi-Qarsın Gürcüstan hissəsinin genişləndirilməsinə sərmayə yatırır, yük qatarlarının sürətini artırmaq üçün yeni dəmir yolları tikilir. Bununla yanaşı, nəqliyyat-kommunikasiya layihələrinin nisbətən yeni elementi olan dəniz ticarət limanı 15 milyon tondan 25 milyon tona qədər genişləndirilir, hava limanları layihələrinin də tamamlanması prosesi gedir. Bakıda gəmi infrastrukturu və yeni gəmiqayırma zavodlarının olması isə Xəzər dənizinin şərq sahillərindən yüklərin Azərbaycan ərazisindən nəql edilməsinə görə yeni tankerlər, bərələr və yük gəmiləri baxımdan potensialını artırır. Onu da əlavə etmək lazımdır ki, artıq fəaliyyət göstərən nəqliyyat marşrutları Xəzər regionunun bütün ölkələrinin daha da inteqrasiya olunmasına imkan verəcək. Bir sözlə, bu gün Azərbaycanda bütün nəqliyyat layihələri, – istər Şərq-Qərb, istər Şimal-Cənub dəhlizləri, dəmir yolu və ya magistral yol, hava limanları, donanma, yaxud dəniz limanı, - mövcuddur. Lakin eyni hazırlıq səviyyəsi dəhliz marşrutu boyunca yerləşən bütün ölkələrdə də olmalıdır.

Şimal marşrutu ilə yanaşı hazırda Cənub yükdaşımaları istiqaməti də riskli və təhlükəlidir. Cənub dəhlizi kimi bildiyimiz Qazaxıstan-Türkmənistan-İran marşrutu Avropadan Türkiyə, İran və Pakistan vasitəsilə Cənubi və Cənub-Şərqi Asiyaya, Türkmənistan, Özbəkistan və Qırğızıstan vasitəsilə Çinə vaxtlı-vaxtında mal göndərilə bilər. Amma bir məqam var ki, Mərkəzi və Orta Asiya ölkələrində baş verən təlatümlü hadisələr həmin marşrutu da bir çox çətinliklərlə üzləşdirə bilər. Məhz məqsəd ona görədir ki, hazırda bir sıra üzdə olan çətinlik və problemlərin aradan qaldırılması ilə Orta Dəhliz marşrutuna alternativ kimi göz önünə gətirilir.



Emil CAHANGİROV,
YAP Masallı Rayon Təşkilatı Masallı Poçt filialının təşkilat sədri



"Yeni həyat" qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад