Главная > Maraqlı > Masallıda “Laçın bizimdir!” adlı dəyirimi masa

Masallıda “Laçın bizimdir!” adlı dəyirimi masa


2-12-2022, 17:58. Разместил: admin44

Masallı Tarix-Diyarşünaslıq Muzeyi və Masallı Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə muzeydə Laçının işğaldan azad olunmasının 2-ci il dönümünə həsr olunmuş “Laçın bizimdir!” adlı dəyirimi masa keçirilib.

Əvvəlcə torpaqlarımız uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqlik sükutla yad olunub. Sonra muzeyin əməkdaşı Lalə Nəzərova mövzu ilə bağlı məruzə edib.

Tədbirdə çıxış edən Qalereyanın direktor əvəzi Təhmasib Məcidov, Qalereyanın əməkdaşı ,Vətən Müharibəsi qazisi Orxan Əlirzayev 28 il müddətində ermənilərin Laçın şəhərində və rayon ərazisində törətdiyi dağınıtılardan, eyni zamanda işğaldan azad olunduqdan sonra Azərbaycanın öz doğma torpaqlarında apardığı quruculuq işlərindən danışıblar.




“Yeni həyat” qəzeti
www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад