Главная > Maraqlı > Masallı gəncləri üçün 2 günlük təlim
Masallı gəncləri üçün 2 günlük təlim2-12-2022, 17:59. Разместил: admin44 |
Masallıda “Region gəncləri arasında İKT bacarıqlarının artırılması və sosial şəbəkələrdən düzgün istifadənin təbliği” ilə bağlı layihə həyata keçirilib Gənclər Fondunun dəstəyi, NAYORA-nın təşkilatçılığı, “Gənclərin Sosial İnkişafına Dəstək” İctimai Birliyinin təşəbbüsü, Gənclərin İnkişaf və Karyera Mərkəzinin tərəfdaşlığı ilə "Gənclər Təşkilatlarının Fəaliyyətinin Dəstəklənməsi – 2.0” proqramı çərçivəsində "Region gəncləri arasında İKT bacarıqlarının artırılması və sosial şəbəkələrdən düzgün istifadənin təbliği" layihəsi çərçivəsində Masallı gəncləri üçün 2 günlük təlim keçirilib. Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Masallı nümayəndəliyində, 20-dən çox gənc üçün təşkil olunmuş təlimlər zamanı, gənclərlə ümumi tanışlıq, layihənin məqsədi və əhəmiyyəti ilə bağlı məlumatlandırılma, bir-birləri ilə ünsiyyət qurmaq, Sosial mediada stereotip, stiqma, bullinq, nifrət nitqi, Sosial media nədir, xarakteristikaları kimi mövzulardan danışılıb, müxtəlif enercayzerlər və komanda işləri icra olunub. Təlimlərin sonunda iştirakçılara sertifikatlar təqdim olunub. “Yeni həyat” qəzeti www.yeniheyet.az Вернуться назад |