Главная > Maraqlı > Masallıda Beynəlxalq Könüllülər Günü

Masallıda Beynəlxalq Könüllülər Günü


6-12-2022, 20:54. Разместил: admin44

Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Masallı nümayəndəliyində Beynəlxalq Könüllülər Gününə həsr olunmuş əyləncəli tədbir təşkil olunub.

Tədbiri giriş sözü ilə açan GİKM-in Masallı nümayəndəliyinin direktoru Aynur Tağıyeva nümayəndəlikdə fəaliyyət göstərən Gənc Könüllüləri təbrik edib, aktiv fəaliyyətlərinə görə təşəkkürünü bildirib, könüllülük fəaliyyətinin gənclərin gələcək karyerası üçün faydalarında söz açıb.

Könüllülüyün prinsipləri, dəyərləri haqqında danışan nümayəndəliyin tədbirlər və layihələr üzrə mütəxəssisi Məlik Nuriyev çıxışının sonunda gənclərə uğurlar arzulayıb.

Nümayəndəliyin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Orxan Əliyev GİKM-in fəaliyyətində könüllülərin rolunun əhəmiyyətindən bəhs edib. O, da öz növbəsində gəncləri təbrik edib.

Tədbirdə könüllülər üçün çay süfrəsi təşkil olunub, müxtəlif ələncəli oyunlar keçirilib.



“Yeni həyat” qəzeti
www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад