Главная > Maraqlı > Masallıda “Heydər Əliyev və müasir Azərbaycan” adlı tədbir

Masallıda “Heydər Əliyev və müasir Azərbaycan” adlı tədbir


6-12-2022, 21:09. Разместил: admin44

Masallı rayon Heydər Əliyev Mərkəzi ərazi partiya təşkilatında Ulu Öndərin vəfatının ildönümü ilə əlaqədar “Heydər Əliyev və müasir Azərbaycan” adlı tədbir keçirilib.

Əvvəlcə Ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Masallı rayon Heydər Əliyev Mərkəzi ərazi partiya təşkilatının sədr müavini Gülcahan Vəkilzadə çıxış edərək ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycanın qurulması və dövlətçilik ənənələrinin qorunmasındakı xidmətlərindən danışıb.

Daha sonra Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilib.




“Yeni həyat” qəzeti
www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад