Главная > Maraqlı > Masallı gəncləri Heydər Əliyev Mərkəzinə ekskursiya edib

Masallı gəncləri Heydər Əliyev Mərkəzinə ekskursiya edib


7-12-2022, 17:44. Разместил: admin44

07 dekabr 2022-ci il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin, “Masallı Gənclər evi”SXM-nin, Heydər Əliyev Mərkəzinin və Masallı Dövlət Regional Kollecinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq bir qrup gənc rayondakı Heydər Əliyev Mərkəzinə ekskursiya edib.

 Ekskursiya zamanı gənclərə dünyaşöhrətli siyasətçi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin mənalı həyatı və çoxşaxəli siyasi fəaliyyəti barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, mərkəzdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video və fotolar, arxiv sənədlərinin surətləri, eləcə də müxtəlif eksponatlar nümayiş etdirilir.

Ekskursiya zamanı gənclər Ulu Öndərin həyat və fəaliyyətinin bütün dövrlərini əks etdirən eksponat, fotostend, kitablarla tanış olublar.

Diqqətə çatdırılıb ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndər Heydər Əliyevin həyat yolu hər bir azərbaycanlı üçün əsl örnək təşkil edir.

Sonda gənclər Ümummilli Liderin həyat və fəaliyyətinə həsr olunmuş sənədli filmə baxıblar.




“Yeni həyat” qəzeti
www.yeniheyet.az
 

   шаблоны для dle 11.2
Вернуться назад