Главная > Maraqlı > 2020-ci ilin 10 dekabr tarixində keçirilmiş Zəfər paradı keçrildi

2020-ci ilin 10 dekabr tarixində keçirilmiş Zəfər paradı keçrildi


8-12-2022, 15:07. Разместил: admin44
2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirilmişdir.Zəfər paradında Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım M.Əliyeva, Türkiyə Prezidenti R.T.Ərdoğan və xanımı Ə.Ərdoğan iştirak ediblər.
             
Zəfər Paradında 3 min nəfərdən çox şəxsi heyətin,150-dək hərbi texnikanın,o cümlədən raket və artilleriya qurğularının, eləcə də hərbi gəmi və katerlərinin nümayişi keçirilmişdir.
           
Paradda həmçinin, vətən müharibəsi zamanı Azərbaycan ordusunun darmadağın etdiyi, düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirilmişdi.
Vaxtilə erməni hərbi naziri Tonayan demişdir ki, müharibə yenidən başlasa, bizim ordumuz Bakıya doğru irəliyəcəkdir.Bəli,erməni ordusu Bakıya doğru irəlilədi,amma necə irəlilədi? Məğlubiyyətin, iflasın rəmzi kimi! Erməni hərbi birləşmələrə dair Azərbaycan ordusunun darmadağın etdiyi, düşmənin qoyub qaçdığı hərbi sursatlar, döyüş maşınları, tanklar artıq Hərbi Qənimətlər Parkında  parka ziyarətə gələnlərə açıq nümayiş olunur.Hərbi Qənimətlər Parkında nümayiş olunan hərbi sursatlar, döyüş maşınları, tanklar Azərbaycan ordusunun qüdrətinin, Ermənistanın ordusunun isə məğlubiyyətinin simvoludur.
           
Zəfər Paradında Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış etdilər.Əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev çıxış etdi.O, paradda çıxışında demişdir: " Bu gün tarixi bir gündür.Bu gün Azadlıq meydanında zəfər paradı keçirilir.Mən çox şadam ki,bu paradda Türkiyə Prezidenti, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan iştirak edir.Bu ,bir daha bizim birliyimizi,dostluğumuzu və qardaşlığımızı göstərir".
             
Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq, Ermənistanı məğlub etdi,işğala son qoydu.Bu 44 günün hər günü bizim şanlı tariximiz idi,hər gün Azərbaycan irəli gedirdi.Şanlı müharibəmizə Şuşa şəhərində yekun vuruldu.Noyabrın 8- də Şuşa şəhərinin azad edilməsi tarixi nailiyyətimiz idi.Şuşanın  işğaldan azad ediləndən sonra düşmənin beli qırıldı, düşmən təslim olmağa məcbur oldu.
Şuşa şəhəri işğaldan azad olunandan sonra noyabrın 10- da Ermənistan məğlub olub, kapitulyasiya aktına imza atdı.Bu kapitulyasiya aktına əsasən,bir güllə atmadan Kəlbəcər, Laçın, Ağdam rayonları Azərbaycana qaytarıldı, Azərbaycanın şanlı üçrəngli bayrağı qaldırıldı.
         
Bu bir daha onu göstərir ki, Azərbaycan müharibəni həm döyüş meydanında,həm də siyasi müstəvidə qazandı.Sonra paradda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış etmişdi.O,çıxışında demişdir:" Bu Zəfər Günümüzdə sizlərlə birlikdə böyük məmnunluq duyuruq.Qardaşım İlham Əliyevə bu yüksək dəvəti və qonaqpərvərliyi üçün təşəkkürümü bildirirəm.Bu gün Azərbaycanın milli şairi, böyük mücahid Ə.Cavad bəyin  ruhu şad olduğu gündür.Bu gün Nuru Paşanın, Ənvər Paşanın , Qafqaz İslam ordusunun igid əsgərlərinin  ruhunun şad olduğu gündür.Bu gün Azərbaycan şəhidlərinin Sərdarı M.İbrahimovun ruhunun şad olduğu gündür.Bu gün hamımız üçün, bütün türk dünyası üçün zəfər və qürur günüdür".Zəfər Paradında 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun Böyük Qələbəsini bütün dünyaya təntənəli şəkildə nümayiş etdirdi. "Dəmir yumruq" əməliyyatı adı ilə Azərbaycanın yeni tarixinə yazılan Vətən müharibəsində rəşadətli ordumuzun, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazandığı Böyük Qələbə müasir müstəqil

Azərbaycan dövlətinin hərbi qüdrətinin, iqtisadi gücünün nümayişi ilə yanaşı, xalqımızın qələbə əzminib də əyani təsdiqidir.

Yaşasın Müstəqil Azərbaycan Respublikası!

Yaşasın Müzəffər Azərbaycan Ordusu!

Yaşasın Müzəffər Ali Baş Komandan!

Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!



Z.Cavadov,
S.Xəlilov adına Qızılağac kənd 1 nömrəli tam orta məktəbin müəllimi




“Yeni həyat” qəzeti,
www.yeniheyet.az          
шаблоны для dle 11.2
Вернуться назад