Главная > Maraqlı > “Xalqına həsr edilən bir dahi ömrü” mövzusunda tədbir

“Xalqına həsr edilən bir dahi ömrü” mövzusunda tədbir


9-12-2022, 19:15. Разместил: admin44

Dekabrın 9-da Masallı Tarix-Diyarşünaslıq Muzeyində Ulu öndər Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar olaraq Qəhrəman İsmayılov adına Şərəfə kənd tam orta məktəbin  iştirakı ilə  “Xalqına həsr edilən bir dahi ömrü” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Muzeyinin direktoru Əntiqə Tağıyeva Heydər Əliyevin  Azərbaycana rəhbər olduğu dövrlərdə siyasi və iqtisadi cəhətdən ölkədə təməlini qoyduğu böyük işlərdən  danışdı.

Sonra 1980- cı ildə Heydər Əliyevin Masallıya etdiyi səfəri zamanı dahi şəxsiyyətlə görüşən tarix müəllimi Sərmayə Musayeva həmin günlərlə bağlı xatirələrindən danışdı.

Daha sonra Şərəfə kənd tam orta məktəbin direktoru  Gülcan Kərimova, müəllimə Arzu Qasımov, Ülviyyə Cəfərova Azərbaycanın tarixi salnaməsində hər zaman yeri və izi görünən dahi şəxsiyyət Heydər Əliyevlə bağlı fikirlərini səsləndirdilər.

Tədbirin sonunda sagirdlər  ulu öndərə həsr edilən serlər səsləndirdəkdən sonra Heydər Əliyevin həyat və fəaliyyətinə aid  sənədli filmi izlədilər.



“Yeni həyat” qəzeti,
www.yeniheyet.az          шаблоны для dle 11.2
Вернуться назад