Главная > Maraqlı > “Zərərdən uzaq- sağlam həyata yaxın” başlığı altında tədbir
“Zərərdən uzaq- sağlam həyata yaxın” başlığı altında tədbir13-12-2022, 17:44. Разместил: admin44 |
13 dekabr tarixində Masallı Tarix-Diyarşünaslıq Muzeyində “Yeniyetmələr və gənclər arasında narkomaniyaya qarşı təbliğat və maarifləndirmə işlərinin genişləndirilməsinə dair 2022-2023-cü illəri əhatə edən Tədbirlər Planı”na müvafiq olaraq “Zərərdən uzaq- sağlam həyata yaxın” başlığı altında tədbir keçirildi. Tədbirdə Qəriblər tam orta məktəbinin müəllim və şagirdləri iştirak etdi. İlk öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva yeniyetmə və gənclər arasında narkomaniya ilə bağlı bilik, mövqe və davranışların formalaşdırılması həmçinin bu bəla ilə mübarizədə ictimai qınaq mexanizminin daim işlək vəziyyətdə olması üçün ciddi səy göstərməyin vacibliyindən danışdı. O, qeyd etdi ki, sağlam düşüncəli insanlar dərk etməlidir ki, narkomaniya cinayət, ailələrin dağılması, çarəsiz xəstəlik, ölüm və sair bu kimi digər ağır nəticələrə gedən yolun başlanğıcı olmaqla təkcə hər hansı bir fərd üçün deyil, eyni zamanda, bütün cəmiyyət üçün böyük təhlükədir. Sonra Qəriblər məktəbinin direktoru Şərafət Əliyev çıxış edərək insanların sağlamlığını və həyatını ciddi təhlükə altına alan, əxlaqi və mənəvi dəyərləri sarsıdan, insanlığa xələl gətirən, cəmiyyətin harmoniyasını pozan, sosial-iqtisadi tərəqqini ləngidən, bir sözlə həyatı iflic edən narkomanlığa münasibətdə hər birimizin barışmaz mövqe tutaraq sağlam gələcək naminə bu ümumbəşəri bəlaya qarşı mübarizə aparmağı tövsiyyə etdi. “Yeni həyat” qəzeti, www.yeniheyet.az Вернуться назад |