Главная > Maraqlı > Prezident İlham Əliyev Üçtərəfli Zirvə Görüşündə iştirak  etmişdir

Prezident İlham Əliyev Üçtərəfli Zirvə Görüşündə iştirak  etmişdir


15-12-2022, 20:30. Разместил: admin44

Dekabrın 14 də Türkmənbaşı şəhərində prezidentlər İlham Əliyevin,Rəcəb Tayyib Ərdoğanın və Sərdar Bermiəhəmmədovun geniş tərkibdə görüşündən sonra Azərbaycan-Türkiyə-Türkmənistan sənədləri imzalanıb.
             
Əvvəlcə Azərbaycan Respublikası,Türkiyə Respublikası və Türkmənistan Dövlət Başçılarının Birinci Zirvə Görüşünün Birgə Bəyənatı qəbul edildi.
               
Sərdar Berdiməhəmmədov  dövlətimizin başçısı ilə görüşündən dərin məmnunluq hissi keçirdiyini bildirərək, dəvəti qəbul etdiyinə və Azərbaycan,Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşündə iştirakına görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib.
               
Hazırki dövrdə üçtərəfli əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığını qeyd edən Sərdar Berdiməhəmmədov Türkmənistan tərəfinin bu Zirvə görüşünə böyük önəm verdiyini vurğulayıb.
             
Görüşdə çıxış edən Prezident İlham Əliyev qardaş Türkmənistana yenidən səfərdə olduğundan  məmmun olduğunu qeyd edib. Prezident  bu Zirvə Görüşünün keçirilməsi təşəbbüsünə görə Sərdar Berdiməhəmmədova təşəkkürünü bildirib.Belə Zirvə Görüşlərinin tez-tez keçirilməsini arzu edib.Üç xalqın tarix və dil baxımından ümumi köklərə malik olduğunu deyən dövlətimizin başçısı əməkdaşlığımızın genişləndirilməsi üçün yaxşı imkanların mövcudluğunu vurğulayıb.
               
 Prezident İlham Əliyev bu Zirvə Görüşünün regional əməkdaşlığa, nəqliyyat, logistika ticarət sahələrində əlaqələrin genişlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib. Eyni zamanda,bu görüşün ikitərəfli əlaqələrin müzakirəsi üçün də yaxşı yaratdığını bildirib.Görüşdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.
                   
2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 45 faiz artaraq 5 milyard dollara çatmışdır. Azərbaycandan Türkiyə iqtisadiyyatına 20 milyard dollara yaxın, Türkiyədən Azərbaycan iqtisadiyyatına isə 14 milyard dollara yaxın sərmayə yatırılmışdır. Bu il Türkmənistan ilə ticarət dövriyyəsi 5 dəfə artmışdır. Azərbaycan, Türkiyə və Türkmənistan nəqliyyat-logistika sahəsində böyük uğurlara imza atmışdır.  Hər üç ölkədə bu sahəyə qoyulan sərmayələr yeni, müasir infrastrukturun yaradılmasına xidmət etmişdir.    
                 
Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40 faizi, avtomobil yolu üzrə 70 faizi icra olunub. Bütün işlər 2024-cü ildə tamamlanacaq və nəticədə yeni nəqliyyat dəhlizi yaranacaq. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu həcmin 25 milyon tona çatdırılması üçün vəsaitin ayrılması nəzərdə tutulur.
                   
Qeyd etmək lazımdır ki, Azərbaycan önəmli tranzit ölkəsinə çevrilmişdir.  Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır və öz ərazisində dəmir yolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı olan bütün əsas layihələri icra etmişdir. 2022-ci ilin ilk 10 ayında Azərbaycan ərazisindən keçən ümumi tranzit daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 80 faizdən çox artmışdı. 2020-ci ilin sonunda 44 günlük Vətən müharibəsində əldə olunmuş Zəfər nəticəsində torpaqlarımız Ermənistanın 30 illik işğalından azad edildi. Qarabağ münaqişəsi həll edildi və bu Qələbə regionda yeni nəqliyyat-kommunikasiya layihələri üçün əlverişli imkan yaratdı.



Teymur Paşayev,
Masallı rayon Elşən Heybətov adına Dəlləkoba kənd ümumi orta məktəbinin laborantı




"Yeni həyat" qəzeti,
www.yeniheyet.az

шаблоны для dle 11.2
Вернуться назад