Главная > Maraqlı > Təbii sərvətlərimizin talan edilməsinə yol vermərik

Təbii sərvətlərimizin talan edilməsinə yol vermərik


17-12-2022, 08:48. Разместил: admin44

Şuşa-Laçın yolunda təşkil olunmuş və bir neçə gündür ki, davam edən etiraz aksiyasının əsas səbəbləri Üçtərəfli Bəyanatın şərtlərinə Ermənistan tərəfindən tam əməl edilməməsidir. 3 ölkə liderlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli bəyanatın müddəaları Ermənistan tərəfindən yerinə yetirilmir. Bəyanatın 4-cü bəndinə zidd olaraq erməni silahlı qüvvələri hələ də Azərbaycan ərazilərindən çıxarılmayıb, 6-cı bəndinə zidd olaraq Laçın yolundan həm hərbi təxribatlar, həm də qeyri-qanuni iqtisadi fəaliyyət üçün istifadə olunur, 9-cu bəndinə zidd olaraq bölgədə bütün nəqliyyat kommunikasiya yollarının açılmasına maneçilik törədilir.
             
Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı, habelə ekoloji vəziyyətin pisləşməsi ilə bağlı ilkin monitorinq məqsədilə Azərbaycan Respublikası dövlət qurumlarının nümayəndələrinin və mütəxəssislərin əraziyə girişinə maneçilik törədilməsi səbəbindən Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin və ekoloqların etiraz aksiyası təşkil olunmuşdur. Azərbaycanın bu ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı dayandırılmalı, bütün təbii sərvətlərin istismarı Azərbaycan Respublikası qanunvericiliyi əsasında həyata keçirilməlidir.Qarabağ Azərbaycandır!- bunu Beynəlxalq təşkilatlar,Rusiya Federasiyasının sülhməramlıları dərk etməlidirlər.

Dekabrın 3-dən etibarən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı sülhməramlı kontingentin komandanlığı ilə danışıqlar aparılıb.Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyası Azərbaycan ictimaiyyətinin haqlı narazılığının göstəricisidir. Beynəlxal təşkilatlar və terorçu Ermənistan vətəndaş cəmiyyətinin bu mövqeyinə hörmətlə yanaşılmalıdır. Ermənistan çoxnövlü və tarix boyunca  terror törərtməklə məşğul olan ölkədir.Azərbaycana qarşı ekoterrorizm siyasəti bu gün də davam edir.
               
Maraqlıdır ki, ATƏT, BMT-nin İnkişaf Proqramı, Ətraf Mühit Proqramı, Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul olunmuş hesabatlarda və qətnamələrdə işğal dövründə ərazilərimizdə həyata keçirilmiş qeyri-qanuni iqtisadi fəaliyyət və təbii sərvətlərin qanunsuz istismarı faktları qeydə alınıb. Bununla belə son vaxtlar bəzi ölkələrin XİN-ləri tərəfindən məsələyə qərəzli reaksiyalar verilir. Bu isə problemin həlli və vəziyyətin normallaşması istiqamətində aparılan işləri əngəlləyir.     Birmənalı olaraq Ermənistan tərəfindən Laçın-Xankəndi yolundan hərbi məqsədlər, minaların və talan olunan təbii sərvətlərin daşınması məqsədilə istifadə edilməsinin qarşısının alınmalıdır.Biz sülh və haqq-ədalət  istəyirik.



Əntiqə Tağıyeva,
Masallı Tarix- Diyarşünaslıq Muzeyinin direktoru



"Yeni həyat" qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад