Главная > Maraqlı > Masallıda minik avtomobili “KamAZ”la toqquşub, yaralanan var

Masallıda minik avtomobili “KamAZ”la toqquşub, yaralanan var


21-12-2022, 09:15. Разместил: admin44


Masallı rayonunun Ərkivan qəsəbəsində “Toyota” markalı minik avtomobili ilə “KamAZ” yük maşınının toqquşması nəticəsində bir nəfər yaralanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, 1 nəfər nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb:

“Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfər müxtəlif xəsarətlərlə zədələnmiş minik avtomobilindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib”.




"Yeni həyat" qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад