Главная > Maraqlı > Oxucularımızın yeni şeirləri

Oxucularımızın yeni şeirləri


21-12-2022, 09:27. Разместил: admin44

 Azərbaycan əsgəri

Həmişə uca tutar şərəfini, adını,
Bayrağıma and içər, heç unutmaz andını.
Sənə Vətən sevdirən, sev müqəddəs ananı,
Xalqımın ümid yeri, Azərbaycan əsgəri.

Ayıq-sayıq durursan Vətənin keşiyində,
Yolumuza nur saçır müdrik Prezidentim də
Öndərin ruhu gəzir ölkəmin hər yerində.
Sevindirdi bəşəri Azərbaycan əsgəri.
Əldə Üçrəngli bayraq, öndə gedir Komandan,
Hər yerə çatdı soraq, səsi gəlir Şuşadan.
Birləşdirdi Vətəni, dedi bir yumruq olaq
Oldu dillər əzbəri Azərbaycan əsgəri.
Hər zaman sizinlədir anaların duası,
Fəxrimiz şəhidlərdi verdi zəfər müjdəsi.
Düşməni məğlub etdi, ilin siyasətçisi,
 Dedi ki, marş, irəli, Azərbaycan əsgəri.

Mənim mərd oğullarım, siz uca bir dağsınız,
Rəbbimə şükür olsun, tarixdə yaşarsınız.
Sübhə kimi yatmayıb cəbhədə oyaqsınız,
Xalqım sevir sizləri Azərbaycan əsgəri.

Vətənin başı üstə şəhid ruhları gəzir,
“Vətən sizə əmanət” bu söz dillərdə gəzir.
Xalqım sizlə fəxr edir, Meysaba şeir yazır,
Yad eyləyir bizləri Azərbaycan əsgəri.



MEYSABA


"Yeni həyat" qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад