Главная > Maraqlı > Oxucularımızın yeni şeirləri

Oxucularımızın yeni şeirləri


21-12-2022, 09:31. Разместил: admin44

İntizardayam

Keçmə, dayan duman, çən,
Keçdin dağdan, dərədən.
Xəbər ver sevgilımdən,
Nə vaxtdır intizardayam.

Qatarlanıb uçan durna,
Səmada bir qanad saxla.
Rast gəldinmi sən yarıma,
Nə vaxtdır intizardayam.


Çaylar coşub, sel də gəldi,
Yarın yolun deyən kəsdi.
Gözləmək səbrimi kəsdi,
Nə vaxtdır intizardayam.


Hacı Umudəli HÜSEYNOV,
Birinci Yeddioymaq kəndi




"Yeni həyat"  qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад