Главная > Maraqlı > “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır.”
“Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır.”20-12-2022, 14:31. Разместил: admin44 |
Azərbaycanda müstəqilliyin əbədi və dönməz xarakter alması, milli-mənəvi yüksəliş, azərbaycançılıq ideyalarının bərqərar olması, gələcək inkişaf üçün güclü və möhkəm əsasların yaradılması Ulu Öndərin zəngin təcrübəyə, yüksək siyasi idarəçiliyə əsaslanan siyasəti nəticəsində mümkün oldu.1990-cı illərin əvvəllərində Azərbaycanın parçalanmaq, məhv olmaq təhlükəsi ilə üz-üzə qaldığı bir zamandaböyük şəxsiyyət Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdaraq Azərbaycanı düçar olduğu ağır durumdan xilas etdi.Ümummilli Liderin ölkə rəhbərliyinə tarixi qayıdışından sonra Azərbaycanda dövlət və cəmiyyət həyatının, sosial-siyasi vəziyyətin saflaşdırılması, sağlamlaşdırılması prosesi başladı.Ümummilli lider Heydər Əliyev həmişə vurğulayırdı ki, dövlətin ən mühüm vəzifəsi öz torpaqlarından didərgin düşmüş vətəndaşların güzəranını yaxşılaşdırmaq, onların problem və qayğılarını həll etmək, ən nəhayət, işğal altında olan torpaqların azadlığını təmin etməklə hər bir məcburi köçkünün isti ocağına qayıtmasına nail olmaqdır.Bu dəyişməz kurs Prezident İlham Əliyev hakimiyyətinin də əsas vəzifəsi olaraq qalmışdı. Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsinə qədərki on yeddi il ərzində Azərbaycanda çox güclü ordu formalaşdırdı.Bu ordu,işğal altında olan torpaqlarımızı 44 gün ərzində düşməndən azad etdi.Bu gün qürur hissi ilə deyə bilərik ki, qüdrətli ordumuzun qarşısına qoyulan vəzifə layiqincə yerinə yetirildi, Azərbaycan öz istədiyinə nail oldu, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi.Vətən müharibəsindən sonrakı dövrdə,ilk növbədə, Azərbaycanda hərbçilər, qazilər və şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar. Bu qəbildən olan vətəndaşlarımızın sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər bunun bariz nümunəsidir. Ermənistan üzərində qazandığımız tarixi Zəfər nəticəsində işğaldan azad edilmiş ərazilərin malik olduğu potensialın ölkəmizin ümumi iqtisadiyyatına yönəldilməsi dayanıqlı inkişafa böyük təkan verəcək. Bu çərçivədə bölgədə təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi Azərbaycanın region iqtisadiyyatının ümumi mənzərəsinin müəyyənləşdirilməsində rolunu daha da gücləndirəcək. Toğrul İmanverdiyev, Masallı rayon Heydər Əliyev Mərkəzinin fəal gənci “Yeni həyat” qəzeti, www.yeniheyet.az Вернуться назад |