Главная > Maraqlı > Böyük Qayıdışa dair 1- ci Dövlət Proqramı

Böyük Qayıdışa dair 1- ci Dövlət Proqramı


21-12-2022, 14:40. Разместил: admin44

30 ilə yaxın müddət ərzində  işğal altında qalaraq milli sərvətlərimiz talanmışdır.Bu vandalizmə 44 günlük müharibədə son qoyulmuşdur. Azərbaycan bu qələbə ilə həm ərazi bütövlüyünü,həm də Qafqazda öz sözünü demiş bir ölkəyə çevrilmişdi.Bu qələbə nəinki Azərbaycanın , bütün Cənubi Qafqazın tarixində yeni bir başlanğıc idi. Bu qələbə regionun yenidən çiçəklənməsinə stimul vermişdir.Bu qələbədən sonra qarşıda  duran vəzifələrdən biri də azad edilən torpaqlarda  bərpa- quruculuq işləri olmuşdur. `Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə istehsal,xidmət infrastrukturunun qurulması ,iqtisadi fəaliyyət,nəqliyyat- kommunikasiya xətlərinin bərpası işində mühüm addımlar atılmışdı.
             
İşğaldan azad edilmiş ərazilərə böyük qayıdış Azərbaycanın 2030- cu ilədək beş Milli Prioritetindən biri kimi  müəyyən olunmuşdur. Bu Milli Prioritetlərə əsaslanan “Azərbaycan Respublikasının 2022- 2026- cı illərdə sosial- iqtisadi  inkişaf strategiyası" yeni inkişaf mərhələsindəki hədəflərə  çatmağa xidmət edən mühüm sənəddir.
             
İşğal müddətində ermənilər  Dağlıq Qarabağ bölgəsinə vəhşiliklə yanaşaraq milli mənəvi sərvətlərimizə,abidələrimizə  böyük ziyan vermişdirlər.Onların vurduğu ziyanlar, vurduğu psixoloji zərər,xalqımıza verdiyi işgəncələr heç zaman və heç bir tədbirlə unudulmaz.Görülən tədbirlər erməni vəhşiliklərindən çökmüş vəziyyətdə olan torpaqlarımızın inkişafına,dirçəlməsinə , günü - gündən  irəliləməsinə şərait yaradır. Bu tədbirlərin icrasının monitorinqi,qitmətləndirilib dəyərləndirilməsi Azərbaycan Nazirlər Kabinetinin sifarişi əsasında  həyata keçirilməlidir.
               
Azad olunmuş ərazilərdə minalardan təmizlənmə ilə yanaşı ,Azərbaycan həmin ərazilərdə genişmiqyaslı quruculuq işləri aparır." Ağıllı kənd" ," Ağıllı şəhər" layihələrinin həyata keçirilməsi regional inkişafın yeni nümunəsidir.Sakinlərin,vətəndaşların məmnunluğunun artırılması üçün  də önəmli faktdır.Bütün yenilikləri edən dövlətimizin bölgənin gələcəyi ilə əlaqədar hədəfləri,planları böyükdür.Məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı da  çox əhəmiyyətlidir.Yol infrastrukturunun yaradılması,avtomobil və dəmir yollarının çəkilməsi,yeni hava limanlarının tikilməsi görülən işlərin əhəmiyyətinin müəyyən bir hissəsidir.
               
Müharibədən üzüağ çıxmaqla yanaşı,müharibədən sonra da Azərbaycana yaraşan bir tərzdə  işğaldan azad olunmuş ərazilərdə bərpa işləri görərək dirçəlməliyik,buna çalışırıq və inanıram ki,bunun da öhdəsindən layiqincə gələcəyik.Dövlət başçımız cənab Ali Baş Komandanımız bunun üçün əvəzsiz addımlar atır və biz dirçələn Qarabağ,dirçələn bir Azərbaycan  görəcəyik.




Cəfərova Aytən Balağa qızı,          
Masallı rayon Ərkivan qəsəbə 1 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi




“Yeni həyat” qəzeti,
www.yeniheyet.az          
 
шаблоны для dle 11.2
Вернуться назад