Главная > Maraqlı > İşğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış!
İşğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış!21-12-2022, 15:33. Разместил: admin44 |
Azərbaycan torpaqlarının 20 faizi 30 ilə yaxın erməni işğalı altında olan zaman şəhərlərimiz, yaşayış məntəqələrimiz və tarixi- mədəni abidələrimiz erməni vandalları tərəfindən xarabalığa çevrilmiş, dağıdılmışdır. 2020-ci ildə 44 gün ərzində böyük tarixə imza atıb, torpaqlarımızı eməni işğalından azad etdik . Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası, xüsusilə Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm işlər görülmüşdür. İşğaldan azad olunmuş ərazilərdə həyata kəcirilən bərpa-quruculuq proseslərinin məqsədyônlü və planlı şəkildə həyata keçirmək üçün Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət proqramı təsdiq edilmişdir. Bu proqramın həyata keçiliməsi Azərbaycanın 2030-cu ilədək 5 əsas prioritetindən biri kimi qəbul edilmişdir. Sərəncamda qeyd olunub ki, Nazirlər Kabineti Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasına nəzarəti və hesabatlılığı həyata keçirmək, görülən işlər, o cümlədən Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə ildə iki dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini, Nazirlər Kabinetinin sifarişi əsasında, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək. Qeyd edək ki, Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, məqsədlər və onlara uyğun hədəf göstəriciləri, prioritet istiqamətlər, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər əksini tapıb Böyük Qayıdışın layiqli və dayanıqlı məskunlaşmanın vaxtında, yüksək səviyyədə təmin olunması üçün çox əhəmiyyətlidir. Yol infrastrukturunun yaradılması, avtomobil və dəmir yollarının çəkilməsi, yeni hava limanlarının tikilməsi, bütün şəhərlərin baş planlarının hazırlanması və digər addımlar görülən işlərin sistemli xarakter daşıdığını göstərir. “Ağıllı şəhər”, “ağıllı kənd” layihələrinin həyata keçirilməsi regional inkişafın yeni nümunəsinin yaradılmasıdır. Sakinlər üçün rahat həyat şəraitinin və əlçatanlığın təmin olunmasına xidmət edən bu layihələr həm də vətəndaş məmnunluğunun artırılması baxımından çox önəmlidir. Bu, həm də qabaqcıl təcrübənin tətbiqi deməkdir. Dünyada bu layihələrə daxil olan komponentlərə ağıllı infrastruktur və xidmətlər, ağıllı təsərrüfat və biznes, həmçinin ağıllı idarəçilik sistemi aiddir. Ağıllı idarəçilik sistemində əsas məqsəd vətəndaşın vaxtına qənaət, həmçinin hansısa süni əngəllərin meydana çıxmasının qarşısının alınması və əlçatanlığın tam təmin olunmasıdır. Həmçininin bunu da qeyd etməliyik ki,Böyük Qayıdışa dair Dövlət Proqramı hazırlanan zaman həm beynəlxalq təcrübə həm də həmin ərazilərin sosial-iqtisadi potensiali nəzərə alınmışdır.Bu da onu göstərir ki, 30 ilə yaxın müddətdə xarabalığa çevrilmiş ərazilər artıq müasir standartlara cavab verə biləcək bir formada olacaq.Bu da tarixi qələbəmizin siyasi gücə və milli həmrəyliyə çəvrildiyini göstərir. Mehriban Əzizova, Masallı şəhər sakini “Yeni həyat” qəzeti, www.yeniheyet.az Вернуться назад |