Главная > Maraqlı > Masallı gəncləri üçün “Sosial medianın idarə olunması” adlı təlim

Masallı gəncləri üçün “Sosial medianın idarə olunması” adlı təlim


24-12-2022, 19:55. Разместил: admin44

Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Masallı nümayəndəliyinin təşkil etdiyi təlim sosial media meneceri Yaşar Kazımzadənin təqdimatında keçirilib.

Təlimdə “Sosial media anlayşı”, “Sosial şəbəkələrin istifadəçiləri”, “Reklam anlayışı”, “Rəqəmsal marketinq anlayışı”, “Sosial media marketinqi”, “Sosial mediada marketinq vasitələri”, “SMM işləri”, “Sosial media planının qurulması”, “SMM planı”, “Copywriting”, “Reklam planı” kimi mövzulardan danışılıb.

İnteraktiv keçən təlim zamanı Yaşar Kazımzadə sosial media üslubunun yaradılması haqqında gənclərə nəzəri məlumat verib, kontentin yaradılması qaydalarını izah edib.

Təlim zamanı gənclərə paylaşım üçün post nümunələri, vizitkartlar nümayiş etdirilib, ünvanlanan suallar cavablandırılıb.

Qeyd edək ki, təlim “Rəqəmsal gənclik” layihəsi çərçivəsində keçirilib.



“Yeni həyat” qəzeti,
www.yeniheyet.az          
 шаблоны для dle 11.2
Вернуться назад