Главная > Maraqlı > Azərbaycan Prezidenti İlham Əliyev xarici siyasəti uğurla davam etdirir

Azərbaycan Prezidenti İlham Əliyev xarici siyasəti uğurla davam etdirir


25-12-2022, 15:22. Разместил: admin44

İndiki dövrdə Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil və düşünülmüş xarici siyasət həyata keçirir .Bu gün Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş daxili və xarici siyasəti ilə həm inkişaf edir, həm də regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Hazırda Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri ölkəmizi beynəlxalq arenada nüfuzunu və etibarlı tərəfdaş imicini gücləndirməkdədir. Azərbaycan Cənubi Qafqazda enerji təhlükəsizliyinin təmin etməklə yanaşı Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində  mühüm rol oynayır. Təbbi ki, ölkəmizin əldə etdiyi bütün uğurlar cənab Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin nəticəsidir.
             
Məhz bu uğurlu siyasətin nəticələrindən biri də cənab Prezident  İlham Əliyevin dəvəti ilə  Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçin ölkəmizə rəsmi səfəridir. Cənab Prezident Aleksandar Vuçiçin ölkəmizə səfəri və burada keçirilən tarixi əhəmiyyətli görüşlər  bir daha təstiq edir ki, Avropada böyük nüfuza sahib olan ölkələr dövlətimizlə əməkdaşlıqda və münasibətlərin daha da möhkəmlənməsində maraqlıdırlar.  
             
Dünyada və bölgədə yaşayan çoxsaylı mənfi nəticələrdən aslı olmayaraq ölkəmiz ictimai siyasi sabitlik şəraitində öz dinamik sosial –iqtisadi inkişafını davam etdirir. Müstəqil və çoxşaxəli xarici siyasət kursu Azərbaycanı Avropa regionunun aparıcı və ən inkişaf etmiş ölkəsi olaraq qalmasını təmin edir. Ölkə başçısı Cənab Prezident İlham Əliyevin məqsədyönlü xarici siyasəti nəticəsində Azərbaycan regional və qlobal əhəmiyyətli iqtisadi, siyasi və humanitar laiyhələrin mərkəzinə çevrilib.
             
Hamımıza məlumdur ki, Azərbaycan və Serbiya  iki dost və strateji tərəfdaş ölkədir. Bu iki dövlət bir-birləri ilə sıx əməkdaşlıq edirlər. Cənab Preziden İlham Əliyevin rəhbərliyi ilə xalqımızın milli maraqlarına uyğun müstəqil siyasət yürütməklə ölkəmizin inkişafı və tərəqqisi naminə mühüm addımlar atır.
             
İndiki dövürdə dövlətlər arasında münasibətlərin yaranması, əməkdaşlığın möhkəmlənməsi, dünya birliyinin inkişafı sahəsində məqsədlərə birgə nail olması əsas məsələlərdən biri olaraq diqqətdədir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmizlə dünya dövlətləri arasında münasibətlər daha da möhkəmlənir, iqtisadi, mədəni, siyasi münasibətlər müstəvisində uğurlar əldə olunur. Dünyanın bir çox ölkələri ilə yanaşı, Azərbaycanla Serbiya arasında əlaqələr də yüksələn bir xəttlə inkişaf edir.
             
Sevindirici haldır ki, Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq səviyyəsində olan əlaqələr ildən-ilə genişlənir. Təbii ki, iki ölkə arasında münasibətlərin inkişafına cənab prezidentimiz İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində nail olmuşuq.



Rusif Babayev,
Hüseynhacılı kənd tam orta məktəbin  Tarix müəllimi



“Yeni həyat” qəzeti,
www.yeniheyet.az           
шаблоны для dle 11.2
Вернуться назад