Главная > Maraqlı > Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüş
Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüş27-12-2022, 18:06. Разместил: admin44 |
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşüb. Görüşdə Qərbi Azərbaycan İcmasının yaranması və onun fəaliyyəti ilə bağlı cənab Prezidentə məlumat verilib və bildirilb ki, təşkilat 1989-cu ildən Qərbi Azərbaycan qaşqınlarının problemləri ilə məşğul olan və 1988-1991-ci illərdə qaçqın düşən azərbaycanlılar barədə faktların və sənıdlərin toplandığı və saxlandığı yeganə ictima qurumdur. Təşkilat haqqında geniş məlumatdan sonra cənab Prezident giriş nitqi söyləyib. Cənab Prezident bildirib ki, artıq ikinci dəfədir ki, Qərbi Azərbaycan İcmasının binasında olur və burda yaradılan şəraitlə tanış olur. Prezident İlham Əliyev qeyd edib ki,burda vaxtı Ilə yerləşmiş Qarabağın məcburi köçkünlər icması artıq öz torpaqlarına qayıdır. Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız,onların yaxınları , uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar.Cənab Prezident belə fikirin söylənməsinin bir çox əsasların olmasını bildirib və Zəngilan rayonunu Ağalı kəndini buna nümunə göstərib. Prezident İlham Əliyev qeyd edib ki,Qərbi AZərbaycan bizim tarixi torpaqlarımızdır və bunu bəzi sənədlər və tarixi xəritə var. Lakin əfsuslar olsun ki, ermənilər Qarabağda olduğu kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi,dini abidələrimizi yerlə-yeksan ediblər,azərbaycanlıların tarixi irsini silmək istəyiblər,lakin buna nail ola bilməyiblər,çünki sənədlər var,xəritələr var. Cənab Prezident öz çıxışında tariximizin şanlı səhifələrindən danışdığı kimi , bəzi qaranlıq səhifələrə də nəzər salmışdır. XX əsrin bu baxımdan xalqımız üçün böyük faciələr gətirdiyini qeyd etmişdir.1920-ci ildə sovet hökumətinin qərarı və erməni millətçilərinin təkidi ilə Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana birləşdiriblər.Bu xalqımıza qarşı böyük cinayət idi.Lakin faciə bununla bitmədi.1948-1953-cü illərdə xalqımız növbəti deportasiyaya məruz qalmıçdır. Bu da Azərbaycan xalqına qarşı törədilən növbəti cinayət idi. Daha sonra möhtərəm Prezident İkinci Dünya müharibəsində faşizm üzərində əldə edilmiş qələbədə azərbaycanlıların fədakarlığını və Bakı neftininəvəzsiz rolunda danışmışdı.Cənab Prezident bildirmişdir ki,bütün bunlara baxmayaraq,Azərbaycana qarşı haqsızlıq davam edirdi.Ulu Öndərin hakimiyyətdən uzaqlaşdırilması ilə erməni millətçiləri baş qaldırdılar,Sovet hökuməti də onlara dəstək oldu.Bunun nəticəsində azərbaycanlılar tarixi diyarı olan Qərbi Azərbaycandan deportasiya edildi,halbuki 170-dən çox kənddə ancaq azərbaycanlılar yaşayırdı. Bütövlükdə XX əsrdə xalqımızın çəkdiyi əzablar haqqında dünya ictimaiyyətinə daha geniş məlumat verilməlidir.Biz hər zaman həqiqəti deyirik.Azad edilmiş torpaqlara gələn 10 minlərlə xarici vətəndaşlar bunu görür ki,xalqımız hansı vəhşiliklərə məruz qaliblar. Ölkə rəhbəri bu il ərzində baş verən bir çox önəmli hadisələr haqqında da məlumat vermişdir.Azərbaycan-Ermənistan sərhəddində keçirilən məcburi əməliyyatdan danışmışdır.Əldə edilən uğurların gələcək üçün zəmin olduğunu qeyd etmişdir. Cənab Prezident Laçın yolunda baş verən hadisələrə də aydınlıq gətirmişdir.Qeyd etmişdir ki,təbii sərvətlərimizin istismar edilməsi beynəlxalq hüquqi normaya görə cinayətkarlıqdı. Sonda cənab Prezident bir daha vurğulamışdır ki, Qarabağa qayıdış davam edir, əminəm ki, Qərbi azərbaycanlılar da qayıdacaqlar. Ş.Xəlilova S.Xəlilov adına Qızılağac kənd 1 saylı tam orta məktəbin müəllimi “Yeni həyat” qəzeti, www.yeniheyet.az Вернуться назад |