Главная > Maraqlı > Maarifpərvər ziyalı Ömər Faiq Nemanzadə

Maarifpərvər ziyalı Ömər Faiq Nemanzadə


27-12-2022, 22:00. Разместил: admin44


Masallı rayon Mərkəzi Kitabxanasında Azərbaycanın görkəmli ictimai-siyasi xadimi, milli- mədəni tariximizin önəmli şəxsiyyəti Ömər Faiq Nemanzadənin anadan olmasının 150 illiyinə həsr olunmuş “Maarifpərvər ziyalı Ömər Faiq Nemanzadə” mövzusunda tədbir keçirilib.

Əvvəlcə şəhidlərin və Ömər Faiq Nemanzadənin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan kitabxananın əməkdaşı Gülər Piriyeva bildirib ki, Azərbaycanda demokratik-maarifçi ideyaların yayıldığı dövrdə xalqının mənəvi-mədəni cəhətdən oyanmasına can atan Ömər Faiq Nemanzadə öz şüurlu həyatını mətbuatın, məktəbin, elmin, təhsilin inkişafına,nadanlıq və cahilliyə qarşı mübarizə aparmağa sərf etmişdir.

Sonra kitabxananın digər əməkdaşı Rasif Dadaşov mövzu ilə bağlı məruzə edib.


“Yeni həyat” qəzeti,
www.yeniheyet.az          
 шаблоны для dle 11.2
Вернуться назад