Главная > Maraqlı > Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüşü olmuşdur
Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüşü olmuşdur28-12-2022, 00:30. Разместил: admin44 |
Ölkə Prezidenti cənab İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanışlıq və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə keçirdiyi görüşün gedişində hər zaman olduğu kimi, son dərəcə vacib məsələlərə toxunmuşdur. Azərbaycan xalqının bütün beynəlxalq konvensiyalarda təsbit edilmiş hüquqlarının təmin edilməsi istiqamətində atılmalı olan zəruri addımlar barədə fikirlərini açıq şəkildə ifadə etmişdir. Hər bir Azərbaycanlı ümid edir ki, bir gün Azərbaycan bütöv olacaq . Baxmayaraq ki, xalqımız harada olur olsun , biri-birilərini dəstəkləyirlər. Gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Necə ki, Azərbaycan xalqının əzmi sayəsində işğal olunan torpaqlar azad olundu , eləcə də digər torpaqlarımıza da qovuşacağıq. Bu gün Zəngilan rayonunun Ağalı kəndində yaşayan insanların böyük əksəriyyəti, eyni zamanda, uşaqlar, gənclər onlar üçün doğma olan o torpaqları heç vaxt görməmişlər. Torpaq həsrəti və Vətən sevgisi onları oraya getməyə vadar etdi. Xalqın tarixi yaddaşı doğma torpaqlarımıza olan sevgini hər zaman qoruyub. Qərbi Azərbaycan İcması bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaqdır. Hüquqi müstəvidə bütün lazımi tədbirlər görülməlidir. Beynəlxalq hüquqşünaslar cəlb edilməlidir. Onlar bu qayıdış istəyini və hüququnu beynəlxalq müstəvidə necə reallaşdırmaq lazımdır yolunu bizə göstərəcəklər.Əfsuslar olsun ki, Ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb.Ancaq buna baxmayaraq, tarixin müxtəlif vaxtlarında bizim xalqımız öz doğma torpaqlarından məhrum edilmişdir.ADR doğrudan da dünya miqyasında, müsəlman aləmində ilk respublika idi, baxmayaraq ki, cəmi iki il yaşadı.1918-ci ildə təzə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti özünün ilk qərarlarından birində bizim tarixi şəhərimizi İrəvanı Ermənistana faktiki olaraq bağışlamışdır. Bu, bağışlanmaz bir addım idi, bu, xəyanət idi və cinayət idi. Bunu biz hamımız yaxşı bilirik, xalqımız da bunu bilməlidir. Biz heç vaxt tariximizi təhrif etməməliyik. Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılmalıdır. Tarix silinməz , unudulmaz, təhrif oluna bilməz, bunu etmək istəyənlər belə öz məqsədlərinə nail ola bilməyəcəklər . Qərbi Azərbaycan İcması bu işləri daha məqsədəuyğun şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaqdır. Aycamal Zabilqızı, Masallı rayonu N.Nərimanov adına 2 saylı tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyatı müəllimi “Yeni həyat” qəzeti, www.yeniheyet.az Вернуться назад |