Главная > Maraqlı > Masallıda gəncləri şəhid ailələri və övladlarını ziyarət etdilər

Masallıda gəncləri şəhid ailələri və övladlarını ziyarət etdilər


31-12-2022, 10:56. Разместил: admin44

30 dekabr 2022-ci il tarixində “Masallı Gənclər Evi” SXM-nin və Masallı rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 31 dekabr “Dunya Azərbaycanlılarının Həmrəyliyi günü” və “Yeni il” münasibətilə adı çəkilən qurumların əməkdaşları Vətən Müharibəsi şəhidi gizir Elvin Əzizovun və şəhid əsgər Nurlan Əbilovun ailələrini və övladlarını ziyarət ediblər. Görüşdə “Masallı Gənclər Evi” SXM-nin direktoru Fuad Mənsimov və işçi heyəti, həmçinin Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov və kollektivi iştirak ediblər. Ziyarətçilər torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş soydaşlarımızın ailələrinə, övladlarına dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə gətirdikləri sovqatları təqdim ediblər. Görüşdə ziyarətçilər şəhid ailələrinin qayğıları, sosial durumları ilə maraqlanmış, Vətən övladlarının xatirəsi xalqımız tərəfindən daim əziz tutulur, onların hər cür qayğı ilə əhatə olunması dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub.



“Yeni həyat” qəzeti,
www.yeniheyet.az          


   шаблоны для dle 11.2
Вернуться назад