Главная > Maraqlı > “Viləş” uşaq bağçasının şəhid övladlarına bayram hədiyyəsi

“Viləş” uşaq bağçasının şəhid övladlarına bayram hədiyyəsi


31-12-2022, 11:04. Разместил: admin44

Masallı şəhər “Viləş” uşaq bağçasının kollektivi şəhid övladlarını bayram günlərində tək qoymadılar.

Belə ki, bağçanın pedaqoji kollektivi körpə fidanlarla birlikdə şəhid övladraını ziyarət edərək onları 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni il münasibəti ilə təbrik etmiş, onlara müxtəlif hədiyyələr təqdim etmişlər. Şaxta baba və qar qızın gəlişi şəhid övladlarının bayram əhval ruhiyyəsinə xüsusi rəng qatmışdır. Xüsusilə şəhid Zeynal Şahhüseynlinin övladı Zəhra balanın 2 yaşının tamam olması ilə əlaqədar keçirilən ad günü şənliyində uşaqların iştirakı unudulmaz xatirə kimi yaddaşlara həkk olundu.

Şəhid ailələri “Viləş” uşaq bağçasının kollektivinə şəhid övladlarına göstərdikləri diqqətə görə minnətdarlıqlarını ifadə etmişlər.








“Yeni həyat” qəzeti,
www.yeniheyet.az          шаблоны для dle 11.2
Вернуться назад