Главная > Maraqlı > Masallıda Mikayıl Müşfiqin anım gününə həsr olunmuş tədbir

Masallıda Mikayıl Müşfiqin anım gününə həsr olunmuş tədbir


6-01-2023, 20:55. Разместил: admin44

Masallı Mərkəzi Kitabxana Sisteminin 32 saylı filial kitabxanası və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı nümayəndəliyinin birgə təşkilatçılığı ilə Mikayıl Müşfiqin anım gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə GİKM-in Masallı nümayəndəliyinin direktoru Aynur Tağıyeva, Masallı Mərkəzi Kitabxana Sisteminin 32 saylı filial kitabxanasının müdiri Sevanə Mənsimova Mikayıl Müfiqin həyatı haqqında çıxışlar ediblər.

Sonda tədbir iştirakçıları "1109 №-li məhbus" filmini izləyib, kitabxanada sərgilənən kitablarla tanış olublar.



“Yeni həyat” qəzeti,
www.yeniheyet.az          
 шаблоны для dle 11.2
Вернуться назад