Главная > Maraqlı > Azərbaycan bundan sonra daha da güclənəcək, hərbi gücümüz daha da artacaqdır

Azərbaycan bundan sonra daha da güclənəcək, hərbi gücümüz daha da artacaqdır


12-01-2023, 17:08. Разместил: admin44

Dövlətin qüdrətini şərtləndirən amillər sırasında iqtisadi yüksəliş və güclü ordu daha böyük rola malikdir. Bu gün qürurla deyə bilərik ki, ölkəmiz iqtisadi və siyasi nailiyyətlərə imza atmaqla yanaşı, ordu quruculuğu prosesində də böyük uğurlar əldə edib. Bu gün artıq dünya ictimaiyyəti
etiraf edir ki, Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusudur. 2020-ci ilin sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən Vətən müharibəsi Azərbaycanın tarixi Zəfəri ilə başa çatd. Ordumuz torpaqlarımızı işğaldan azad etdi. İşğala son qoyan, ərazi bütövlüyümüzü təmin edən bu qalibiyyət Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yüksək sərkərdəlik qabiliyyətinin, uzaqgörən siyasətinin və qəhrəman Azərbaycan əsgərinin rəşadətinin nəticəsidir. Bu gün hər birimiz Vətən yolunda canlarından keçərək bizə tarixi zəfəri yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə can sağlığı diləyirik. Qəhrəman Azərbaycan Ordusu Vətən müharibəsinin gedişində Ermənistanın ordusunu darmadağın etməklə bu ölkəni artıq bundan sonra məğlub ölkə kimi yaşamağa məhkum etdi.

Vətən müharibəsində Azərbaycanın əldə etdiyi tarixi Qələbə ədalətin təntənəsidir və bu şanlı Zəfər birbaşa Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin son on doqquz il ərzində həyata keçirdiyi düşünülmüş, praqmatik xarici və daxili siyasətin və xalqımızın sonsuz dəstəyinin, qəhrəmanlığınin möhtəşəm nəticəsi olaraq əldə edilmişdir. 30 il ərzində dünya ictimaiyyəti Azərbaycan ərazilərinin işğalı, xalqımıza qarşı törədilən dəhşətli hərbi cinayətlər və qətliam hadisələri ilə bağlı baş verənlərə göz yumdu. Erməni qəsbkarlarının bütün dünyada olan havadarları Azərbaycanı işğal aktı ilə barışmağa, müvəqqəti itirilmiş ərazilərdən birdəfəlikimtina etdirməyə çalışdılar. Lakin Prezident cənab İlham Əliyev tərəfindən bütün bu illər ərzində Azərbaycanın inkişafı, güclü iqtisadiyyata, qüdrətli orduya sahib olması istiqamətində gərgin və məqsədyönlü iş aparıldı. Nəticədə, sentyabr ayının 27-dən başlayaraq 44 gün davam edən Vətən Müharibəsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu əldə etdiyi tarixi Qələbəsi ilə şanlı tariximizin ən şərəfli səhifəsini yazdı. Otuz il müddətində işğal altında olan torpaqlarımız azad edildi.

Müzəffər Ordumuzun qarşısında duruş gətirə bilməyən Ermənitan təslim oldu. Vətən müharibəsində Azərbaycanın parlaq qələbəsi silahlı qüvvələrimizin hazırda dünyanın güclü ordularından biri olduğunu təsdiqlədi. Xalqları dünyada tanıdan, söz sahibinə çevirən amillərdən biri də onun güclü ordusudur. Tarixin bütün mərhələlərində xalqlar ordularına güvənib, onu təhlükəsizliklərinin əsas amillərindən hesab ediblər. Güclü orduya sahib olmaq bir tərəfdən dövlətin əsas təməl prinsiplərindəndirsə, digər tərəfdən də dünya siyasətinə təsir imkanıdır. Azərbaycan ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında öz üzərinə düşən müqəddəs missiyanı – Vətənin ərazi bütövlüyünü cəmi 44 gün ərzində yerinə yetirdi. Bu gün Azərbaycan ordusu dünyanın 50 ən güclü ordusu sırasındadır. Vaxtilə özlərindən mif yaradan və guya Cənubi Qafqazın ən güclü “ordusu” olan Ermənistan ordusu cəmi 44 günə məhv edildi.

Ordumuzun bu regionun ən güclü olması faktı öz əksini real döyüş meydanında da tapdı. İndi Azərbaycan ordusunun gücü büynəlxalq səviyyədə tanınır, qəbul olunur və hörmət edilir.  Beynəlxalq beyin mərkəzləri ordumuzun tətbiq etdiyi döyüş taktikasını təhlil edir. Azərbaycan Ordusunun həyata keçirdiyi döyüş metodları hərb dərsliklərinə salınır. Ermənistan özünü bundan sonra daha böyük fəlakətlərə düçar etmək istəmirsə, o zaman bu ölkəyaranmış yeni reallıqları birmənalı qəbul etməli və ilk növbədə öz qonşuları ilə normal münasibətlər formalaşdırmaq üçün ciddi səylər göstərməlidir. Ermənistan dərk etməlidir ki,Azərbaycan bundan sonra daha da güclənəcək, bizim hərbi gücümüz daha da artacaqdır.



Cəlal Əliyev,
YAP Masallı rayon təşkilatının məsləhətçisi



“Yeni həyat” qəzeti,
www.yeniheyet.az          шаблоны для dle 11.2
Вернуться назад