Главная > Maraqlı > Masallıda “Heydər Əliyev-tarixi şəxsiyyət və tarix yaradan şəxsiyyət” mövzusunda tədbir

Masallıda “Heydər Əliyev-tarixi şəxsiyyət və tarix yaradan şəxsiyyət” mövzusunda tədbir


16-01-2023, 17:49. Разместил: admin44

Masallı rayon Mərkəzi Kitabxanasında Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar “Heydər Əliyev-tarixi şəxsiyyət və tarix yaradan şəxsiyyət” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Ümummilli Liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan kitabxananın direktor əvəzi Zamin Məmmədov bildirib ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev ili” elan olunub. Bununla bağlı Mərkəzi Kitabxanada tədbirlər planı təsdiq edilib, silsilə tədbirlər keçirilir.

Sonra kitabxana əməkdaşı Arzu Hüseynova məruzə ilə çıxış edərək böyük şəxsiyyət Heydər Əliyevin siyasi bioqrafiyası və dövlətçilik fəaliyyətini əks etdirən məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb.



“Yeni həyat” qəzeti,
www.yeniheyet.az          

   шаблоны для dle 11.2
Вернуться назад