Главная > Maraqlı > Masallıda peşə və sahə assosiasiyaları yaradılmasının dəstəklənməsi mövzusunda iclas
Masallıda peşə və sahə assosiasiyaları yaradılmasının dəstəklənməsi mövzusunda iclas17-01-2023, 17:30. Разместил: admin44 |
17 yanvar 2023-cü il tarixdə Masallı rayon İcra Hakimiyyətinin inzibati binasında Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2020-ci il tarixli, 1816 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər planı”nın müvafiq bəndlərinin, o cümlədən 4.5-ci bəndinin (Peşə və sahə assosiasiyaları yaradılmasının dəstəklənməsi) icrasının təmin edilməsi məqsədi ilə iclas keçirilmişdir. İclasda Masallı RİH-in məsul işçiləri, Masallı Statistika idarəsi, Maliyyə İdarəsi, Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi, Mənzil İstismar sahəsinin əməkdaşları, Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, Masallı bələdiyyəsinin sədri və müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak etmişdir. İclasda peşə və sahə assosiasiyaları yaradılmasının dəstəklənməsi və qeyri-formal əmək münasibətlərinin qarşısının alınması, sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsi, məşğulluğun artırılması, məlumatlılıq səviyyəsinin yüksəldilməsi, sahibkarların maraqlarının müdafiəsi baxımından çox əhəmiyyətli olmuşdur. Rayona investisiya cəlb olunması məqsədilə ərazidə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, sənaye, energetika, tikinti, ticarət, nəqliyyat, telekommunikasiya və poçt, maliyyə və bank, turizm və digər xidmət sahələri üzrə mövcud vəziyyət məlumatlar kütləvi informasiya vasitələri ilə hər tərəfli təşviq olunmuşdur. Masallı rayonunda 2022-ci ilin IV rübündə (oktyabr, noyabr və dekabr) 0,265 milyon manat investisiya qoyulduğu qeyd edilmişdir. Masallı rayonuna investorların cəlb edilməsi üçün iş adamları, elm, mədəniyyət, təhsil, səhiyyə və digər Masallıların iştirakı ilə 23 dekabr 2022-ci il tarixdə işgüzar görüş keçirilmişdir. Digər çıxış edənlər də rayonda peşə və sahə assosiasiyaları yaradılmasının dəstəklənməsinin vacibliyini qeyd edib, müxtəlif mülahizələr irəli sürmüşdürlər. İclasda diqqətə çatdırılmışdır ki, sahibkarlara öz fəaliyyət göstərdikləri istiqamətlərdə tələb olunan ixtisaslı işçilərin hazırlanmasında Dövlət Məşğulluq Agentliyi və rayonda fəaliyyət göstərən Peşə məktəbi vasitəsi ilə də müvafiq köməklik göstərilmişdir. Rayon ərazisində müxtəlif sahələr üzrə fəaliyyət göstərən sahibkarlar tərəfindən assosiasiyaların yaradılması üçün Masallı rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Sahibkarlar (işəgötürənlər) Təşkilatı Milli Konfederasiyası tərəfindən qanunamüvafiq dəstək göstəriləcəkdir. “Yeni həyat” qəzeti, www.yeniheyet.az Вернуться назад |