Главная > Maraqlı > Masallıda “Azadlığa gedən yol” mövzusunda tədbir
Masallıda “Azadlığa gedən yol” mövzusunda tədbir17-01-2023, 17:42. Разместил: admin44 |
Yanvarın 17-də Masallı Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə 20 yanvar faciəsinin 33-cü il dönümü ilə əlaqədar B.Siriyev adına Mollaoba kənd tam orta məktəbində “Azadlığa gedən yol” mövzusunda tədbir keçirildi. Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbiri giriş sözü ilə acan məktəbin direktoru, şəhid bacısı Dilşad Məhərrəmova çıxış edərək 33 il keçsə də törədilən bu vəhşilik öz tarixi mahiyyətini itirmir söylədi. O, qeyd etdi ki, azadlıq mücadiləmiz məhz 2020-ci ilin sentyabrında başlayan 44 günlük vətən müharibəsi 8 noyabr tarixində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən otuz ilə yaxın davam edən hərbi işğalına son qoyulması ilə başa çatıb. Bu zəfər ilə həm 20 Yanvar, həm də Qarabağ müharibəsi şəhidlərinin qisası alındı. Muzeyin elmi işçisi Dilğüşə Məmmədova 1990-cı ilin Qanlı Yanvar hadisələri zamanı vətənin müdafiəsinə qalxmış, haqsızlıq və ədalətsizliyə qarşı öz haqq səsini ucaltmış dinc əhalinin sovet qoşunları tərəfindən amansızcasına qətlə yetirildiyi faciənin yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri dəyərlərə, humanizmə qarşı törədilən bir cinayət olduğunu bildirdi.. Muzeyin elmi işçisi Nazənin Heydərzadə mövzu ilə bağlı geniş məruzə etdi. Tədbirin sonunda şagirdlər 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilən şerlər söyləyərək, faciəyə aid foto sərgiyə tamaşa etdilər. “Yeni həyat” qəzeti, www.yeniheyet.az Вернуться назад |