Главная > Maraqlı > Müasir gənclik 20 Yanvar qəhrəmanlarının varisidir

Müasir gənclik 20 Yanvar qəhrəmanlarının varisidir


18-01-2023, 13:00. Разместил: admin44

Yanvarın 17-də Masallı rayon Heydər Əliyev Mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Masallı nümayəndəliyi, Ombudsmanın Cənub Regional Mərkəzinin birgə təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “Müasir gənclik 20 Yanvar qəhrəmanlarının varisidir” mövzusunda tədbir keçirilib.

Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin əməkdaşı Gülcahan Vəkilzadə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş verən hadisədən, xalqın milli azadlıq uğrunda mübarizəsindən, həmçinin ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidi ilə ölkə rəhbərliyinə qayıdışından sonra 20 Yanvar faciəsinin hüquqi müstəvidə əsl mahiyyətinin açıqlanmasından danışıb.

Sonra həmin dövrün siyasi mənzərəsi və xalqın azadlıq uğrunda mübarizəsindən bəhs edən Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqının mübarizlik, əyilməzlik nümayiş etdirdiyini, ölkəmizin müstəqilliyi uğrunda canını qurban verən şəhidlərin adının əbədi olaraq tarixə və xalqın yaddaşına həkk olunduğunu vurğulayıb.

Tədbirdə çıxış edən GİKM-nin Masallı nümayəndəliyinin əməkdaşı Məlik Nuriyev 20 Yanvar faciəsinin xalqımızın milli azadlıq və müstəqillik uğrunda mübarizəsi olmaqla, tariximizə azadlıq salnaməsi kimi daxil olduğunu qeyd edib.




“Yeni həyat” qəzeti,
www.yeniheyet.az          
 шаблоны для dle 11.2
Вернуться назад