Главная > Maraqlı > Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə yüksək dövlət qayğısı
Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə yüksək dövlət qayğısı18-01-2023, 19:30. Разместил: admin44 |
Azərbaycanda Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə yüksək dövlət qayğısı davamlı xarakter daşıyır və bu siyasətin əsası xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər Heydər Əliyev tərəfindən 1994-cü il avqust ayının 26-da imzalanan “Azərbaycan Respublikasını erməni təcavüzündən müdafiə edərkən əlil olmuş şəxslərin sosial müdafiəsinin yaxşılaşdırılması haqqında” Fərman müharibə əlillərinin sosial ehtiyaclarının ödənməsi istiqamətində atılan ilk addım olub. Həmin Fərmanın imzalanması ilə müharibə iştirakçılarının, əlillərinin sosial müdafiəsini gücləndirmək məqsədilə tədbirlərə start verilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəhid ailələrinə və qazilərə diqqət və qayğısı Masallı rayonunda da icra olunmaqdadır. Belə ki, cənab İlham Əliyevin müvafiq sərəncamlarına uyqun olaraq, Masallı rayonunun Böyuk Xocavar kəndində l Qarabağ müharibəsi şəhidi Məmmədov Bəyalı İlyas oğlunun 82 yaşlı anası Mustafayeva Tahirə Rəşid qızına üç otaqlı, bir mərtəbəli ev tikilərək, 14.12.2022-ci il tarixində Masallı rayon İcra Hakimiyyəti başçısı cənab Araz Əhmədov tərəfindən təqdim edilmişdir. Bu gün isə, Tahirə Mustafayevaya təqdim olunan evin bütün mebel və məişət əşyaları Ölkə başçısı cənab İlham Əliyev tərəfindən hədiyyə olunmuşdur. Masallı rayonunun Çaxırlı kəndində digər bir şəhid Gözəlov Ziya Zahid oğlunun bacısına cehizlik mebel və məişət əşyaları da Olkə başçısı cənab İlham Əliyev tərəfindən hədiyyə olunmuşdur. Qeyd edək ki, Ziya Gözəlovun bacısının yaxın günlərdə toy məclisi keçiriləcək və ailə həyatı quracaqdır. Şəhid Bəyalı Məmmədovun anası Tahirə Mustafayeva və şəhid Ziya Gözəlovun atası Zahid İbrahimov onlara göstərilən yüksək diqqət və qayğıya görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə sonsuz təşəkkürünü bildirdilər. Şəhid valideyinləri Ölkə başçısının qayğıları ilə tam əhatə olunduqlarını xüsusi olaraq qeyd etdilər. Onların rayon rəhbərliyi və aidiyyəti qurumlar tərəfindən mütəmadi olaraq ziyarət olunduqları və qayğıları ilə maraqlandıqlarını bildirdilər. “Yeni həyat” qəzeti, www.yeniheyet.az Вернуться назад |