Главная > Maraqlı > Masallıda 20 yanvar hadisələri ilə bağlı dəyirmi masa

Masallıda 20 yanvar hadisələri ilə bağlı dəyirmi masa


18-01-2023, 19:40. Разместил: admin44


“20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilib.

18 yanvar 2023-cü il tarixində Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının, “Masallı Gənclər Evi” SXM-nin, Ombudsmanın Cənub Regional Mərkəzinin, Masallı rayon Gənclər və idman İdarəsinin, Masallı rayon Tarix-Diyarşünaslıq Muzeyinin və Masallı Dövlət Regional Kollecinin birgə təşkilatçılığı ilə “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda Masallı Tarix-Diyarşünaslıq Muzeyində dəyirmi masa keçirilib. Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin, 20 Yanvar faciəsi qurbanlarının və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Masallı rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova tədbiri açıq elan edərək iştirakçıları salamlamış və çıxış edərək 1990-cı ilin yanvarında Sovet imperiyasının qoşun birləşmələrinin Azərbaycan xalqına, dinc əhaliyə qarşı törətdiyi cinayətlərdən, faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Ulu Öndərimizin müstəsna xidmətlərindən ətraflı danışmış, 33 il keçsə də törədilən bu vəhşilik öz tarixi mahiyyətini itirmir, necə deyərlər, xalqımızın tarixinin qanlı və şanlı səhifəsi olan 20 Yanvar faciəsi həm də müstəqil Azərbaycan respublikasının qurulmasında bir dönüş nöqtəsi oldu.

Sonra, tədbirdə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev çıxış edərək qeyd edib ki, Ulu Öndərin dövlətimiz, xalqımız qarşısındakı xidmətləri hər zaman hər kəsin gözləri önündədir, Heydər Əliyev 20 Yanvar faciəsini xalqımıza qarşı törədilmiş bəşəri cinayət adlandırmış, bu faciənin xalqımızın həyatında böyük hüzn yaratmasına baxmayaraq, Ümummilli Lider Heydər Əliyev həmin günü xalqımızın qürur günü və tarixi qəhrəmanlıq nümunəsi kimi qiymətləndirib. Həmin vaxt ciddi nəzarətdə olan Ümummilli Lider faciənin səhəri günü bütün maneələrə baxmayaraq Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək Azərbaycanın haqq səsini bütün dünyaya çatdırıb. Məhz Heydər Əliyevin prinsipial siyasi mübarizəsi sayəsində 20 Yanvar faciəsi öz siyasi-hüquqi qiymətini alıb.

 Daha sonra tədbirdə Masallı rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev, Masallı rayon Ziyalılar Cəmiyyətinin sədri Qardaş Fətullayev, Masallı rayon İctimai-Şuranın sədri Əyyub Mehtiyev, “Masallı Gənclər Evi” SXM-nin metodisti Nuranə Muxtarova, Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya Məmmədov, Masallı rayon Gənclər və idman İdarəsinin rəisi Sabiq Cahangirov və Masallı rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva və “Ümidim sənsən” İB-nin sədri Fidan Abbaslı çıxış edərək, Azərbaycan dövlətinin memarı olan Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışmış, 20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin əvəzsiz rolundan ətraflı şəkildə məlumat vermişlər.







“Yeni həyat” qəzeti,
www.yeniheyet.az          
 шаблоны для dle 11.2
Вернуться назад