Главная > Maraqlı > Enerji sahəsində də Azərbaycan möhtəşəm uğurlara imza atacaq

Enerji sahəsində də Azərbaycan möhtəşəm uğurlara imza atacaq


17-01-2023, 17:00. Разместил: admin44

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında keçirilən Əbu – Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılışında Azərbaycan Prezidenti İlham Əliyev çıxışı etmişdir. Prezident çıxışı zamanı bərpaolunan enerji ilə bağlı proqramın tamamilə fərqli gündəliyə və nəhəng potensial malik olduğunu vurğulamışdır. O, bnun sayəsində biz ixracımızı şaxələndirəcəyik. Nəticədə iqtisadiyyatımızın  yeni ekoloji təmiz sektoru yaranacaq .
             
Prezident İlham Əliyev qeyd etmişdir ki, iki il əvvəl Azərbaycan Cənub Qaz Dəhlizi meqaenerji layihəsini öz tərəfdaşları ilə başa çatdırıb və Azərbaycandan Cənubi Avropaya gedən inteqrasiya edilmiş boru kəmərləri sistemini qurub. Həmin boru kəmərinin uzunluğu 3500 kilometrdən çoxdur.Təbii qaz ixracımız artır.Ötən il 19 milyard kubmetr idisə,bu il 24 milyard kubmetrə çatacaq və bu rəqəm artmaqda davam edəcək.Prezident onu da qeyd etmişdir ki,Azərbaycanın bərpa olunan enerji mərkəzlərindən birinə çevrilməsi planlarımız Azərbaycanın öz enerji təhlükəsizliyi ilə bağlı deyil.
             
Daha sonra Azərbaycan Prezidenti qeyd etmişdir ki, quruda 27 qiqavatlıq, 2020-ci ildə Vətən müharibəsi zamanı azad edilmiş ərazilərdə 10 qiqavatlıq külək və günəş enerjisi, Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavatlıq külək enerjisi imkanları mövcuddur.Ümumilikdə 200 qiqavata yaxın potensialın olduğunu söyləmişdir.Prezident qeyd etmişdir ki,bizə kifayət qədər ixrac marşrutları lazımdır və biz həmin həmin layihələri mərhələli şəkildə icra edirik.Elə ötən ay –dekabrın 17-də Azərbaycan,Gürcüstan,Macarıstan və Rumıniya Gürcüstanın Qara dəniz sahilindən Rumıniyanın Qara dəniz sahilinə qədər “Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsinə dair ” saziş imzalandı.

Bu saziş Avropa Komissiyası Prezidentinin şahidliyi ilə imzalanmışdır.Planımız Azərbaycandan 4 qiqavatlıq yaşıl enerjini nəql etmək imkanını yaradacaq kabeli çəkməkdir.Lakin bu, kifayət etməyə bilər.Burada söhbət artıq razılaşdırılmış həcmlər barədə gedir.Lakin planlarımız daha genişdir.Azərbaycanda investisiya mühiti çox müsbətdir.Biz neft və qaz sektoruna böyük sərmayələr cəlb etmişik.İndi isə hədəfimiz bərpaolunan enerjidir.Digər sözlə,planlarımız böyükdür və əminəm ki,işlərin öhdəsindən gələcəyik. O,çıxışın sonunda Azərbaycanda investisiya mühitinin çox müsbət olduğunu bildirib.Azərbaycan prezidenti çıxışının sonunda demişdir:" Biz neft və qaz sektoruna böyük sərmayələr cəlb etmişik.İndi isə hədəfimiz bərpa olunan enerjidir.Digər sözlə, planlarımız böyükdür və əminəm ki, işlərin öhdəsindən gələcəyik".




Aidə Şıxəliyeva,
Masallı rayon Mollaoba kənd




“Yeni həyat” qəzeti,
www.yeniheyet.az          
шаблоны для dle 11.2
Вернуться назад