Главная > Maraqlı > Bərpa olunan enerji sahəsində də Azərbaycan möhtəşəm uğurlara imza atacaq

Bərpa olunan enerji sahəsində də Azərbaycan möhtəşəm uğurlara imza atacaq


19-01-2023, 10:10. Разместил: admin44

Yanvarın 16-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimi keçirilib.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
               
Birləşmiş Ərəb Əmirliklərinin sənaye və yüksək texnologiya naziri Sultan bin Əhməd əl-Cabir tədbirdə çıxış edərək ölkəsinin dayanıqlılıq sahəsində siyasətindən və bu istiqamətdə həyata keçirilən layihələrdən danışıb. Sonra dövlətimizin başçısı açılış mərasimində çıxış edərək bildirib ki, müasir dünyamızda dövlətlər arasında münasibətlərin yaranması, əməkdaşlığın möhkəmlənməsi, dünya birliyinin inkişafı sahəsində məqsədlərə birgə nail olması əsas məsələlərdən biri olaraq diqqətdədir. Həyata keçirilən siyasət nəticəsində ölkəmizlə dünya dövlətləri arasında münasibətlər daha da sıxlaşır, iqtisadi, mədəni, siyasi münasibətlər müstəvisində uğurlar əldə olunur. Dünyanın bir çox ölkələri ilə yanaşı, Azərbaycanla Ərəb ölkələri arasında əlaqələr də yüksələn bir xətlə inkişafdadır. İki ölkə arasında münasibətlərin inkişafına dövlət başçılarının görüşləri təkan verib.
               
Bir çox sahələr üzrə əməkdaşlığın artıq böyük tarixi var. İlk növbədə bildirməliyəm ki, Bir çox Ərəb ölkələri və Azərbaycan strateji tərəfdaşdırlar, strateji tərəfdaşlığa dair bir neçə sənəd imzalanmışdır. Biz hər zaman bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmişik, dəstəkləyirik və bu siyasət dəyişməz olaraq qalacaq. Biz beynəlxalq hüququn tərəfdarıyıq və əminik ki, ölkələr arasında münasibətlər ancaq beynəlxalq hüququn norma və prinsipləri əsasında tənzimlənə bilər. Bu sahədə dünyada müşahidə olunan ikili standartların təzahürləri, əlbəttə ki, bizi çox narahat edir. Beynəlxalq hüququn norma və prinsipləri bütün ölkələr üçün əsas olmalıdır.
               
Təbii ki, energetika sektoru əməkdaşlığımızın bir hissəsidir. Son vaxtlar bu sahə daha böyük əhəmiyyət kəsb edir. Azərbaycanın təbii resursları artıq müxtəlif istiqamətlər üzrə ixrac edilir, həmçinin Avropa qitəsinə, o cümlədən Serbiyaya qonşu olan ölkələrə. Həm təbii qaz, həm elektrik enerjisi ilə əlaqədar əməkdaşlıq üçün imkanlar var, müvafiq danışıqlar aparılmışdır.
             
Həmçinin cənab Prezident İlham Əliyev bərpaolunan enerji ilə bağlı dövlət proqramlarının tamamilə fərqli gündəliyə malik olduğunu vurğulayaraq bildirdi ki, ilk növbədə bu layihələr Azərbaycanın nəhəng potensialı nəzərə alınmaqla, enerji ixracının şaxələndirilməsini nəzərdə tutur. Təbii ki, nəticə etibarı ilə ölkə iqtisadiyyatının yeni, ekoloji təmiz sektorunun yaradılması da əsas hədəflərdəndir. Bu baxımdan Azərbaycan Dövlət Neft Şirkəti ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında yanvarın 15-də dörd sənədin imzalanması mühüm addımdır. Bu sənədlər “Dənizdə inteqrasiya edilmiş bərpa olunan enerji sahəsində əməkdaşlığa dair anlaşma”, “Bərpa olunan enerji və enerji səmərəliliyi”, “Bərk məişət tullantılarından enerji istehsalı”, “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa olunan və təmiz enerji sahələrində əməkdaşlığa dair” anlaşma memorandumlarıdır.

 Tərəflər arasında ilkin mərhələdə 4 qiqavatlıq külək və günəş enerjisi stansiyalarının yaradılmasına dair razılaşma imzalanıb. İkitərəfli əlaqələrə bir daha nəzər salarkən görürük ki, bütün sahələrdə bu əlaqələr dostluq və qarşılıqlı anlaşma üzərində qurulmuşdur. Əminəm ki, biz gələn ili də bu ab-hava şəraitində keçirəcəyik. Çünki bu il ikitərəfli əlaqələrimiz üçün çox uğurlu olub. Həm qarşılıqlı iki səfər, eyni zamanda, bizim nümayəndə heyətlərinin üzvlərinin təmasları və bütövlükdə əlaqələrinin gələcəyi ilə bağlı ancaq nikbin fikirdə olmaq olar” deyə ölkəmizin Prezidenti öz nitqində bildirib.



Ceyhun  Hüseynov,
Masallı RMX-nin İƏ üzrə mütəxəssisi




“Yeni həyat” qəzeti,
www.yeniheyet.az          
шаблоны для dle 11.2
Вернуться назад