Главная > Maraqlı > "Siyasi partiyalar haqqında " AR Qanunları

"Siyasi partiyalar haqqında " AR Qanunları


17-01-2023, 18:30. Разместил: admin44

Azərbaycan Respublikasının siyasi sisteminin struktur formalaşması 1995-ci il noyabrın 12- də ölkənin yeni Konstitusiyasının qəbul edilməsi ilə başa çatmış oldu.Konstitusiyaya uyğun olaraq Azərbaycan dövləti demokratik,hüquqi,dünyəvi,unitar respublika kimi müəyyənləşdi. Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi xalqdır. Sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur.
           
Cəmiyyətin siyasi sistemində dövlətlə yanaşı digər təşkilatlar da- siyasi partiyalar və ictimai birliklər fəaliyyət göstərir.Onlar ölkənin siyasi həyatında iştirak edir və cəmiyyətin siyasi sisteminin ünsürləri kimi çıxış edir. Azərbaycandakı bütün siyasi partiyaların fəaliyyəti "Siyasi partiyalar haqqında "Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir.1992-ci ildə qəbul olunmuş bu qanuna müxtəlif əlavə və dəyişikliklər edilib.Əlbəttə bu dəyişikliklərin hamısı siyasi partiyaların fəaliyyətinə münbit şərait yaradılmasına xidmət edir."Siyasi partiyalar haqqında "qanunda "Siyasi partiya" anlayışı aşağıdakı kimi verilir:"Bu Qanunda siyasi partiya dedikdə ümumi siyasi ideyaları və məqsədləri olan, ölkənin siyasi həyatında iştirak edən Azərbaycan Respublikası vətəndaşlarının birlikləri nəzərdə tutulur.

Siyasi partiyalar Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğun olan vəzifələrini və məqsədlərini əsas götürərək Azərbaycan Respublikası vətəndaşlarının siyasi iradəsinin formalaşmasında fəal iştirak edirlər". Siyasi partiyaların təşkilinin və fəaliyyətinin qanunvericilik əsası Azərbaycan Respublikasının Konstitusiyasından ,"Siyasi partiyalar haqqında" qanunundan  və bunlara uyğun olaraq qəbul edilən Azərbaycan Respublikasının digər qanununvericilk aktlarından ibarətdir. Qanunda göstərilir ki, siyasi partiyalar ərazi əlaməti üzrə qurulur. Onların ilk təşkilatlarının , komitələrinin və digər təşkilat strukturlarının Azərbaycan Respublikasının dövlət orqanlarında fəaliyyətinə yol verilmir.
             
Siyasi partiyalar daimi fəaliyyət göstərən,təşəkkül tapmış təşkilati quruluşa malik birliklərdir. Siyasi partiyaların bütün üzvləri cəmiyyətin və dövlətin qanunları əsasında fəaliyyət göstərirlər. Siyasi partiyalar qanunverici və yerli özünü idarəetmə orqanlarında təmsil olunmaq vasitəsi ilə dövlət hakimiyyətinin həyata keçirilməsində iştirak etmək imkanina malikdirlər. Siyasi partiyaları başqa ictimai birliklərdən fərqləndirən əsas cəhət ondan ibarətdir ki, siyasi partiyalar parlament və hökumətdə yer əldə etmək üçün açıq şəkildə mübarizə aparır.Onlar siyasi prosesin bütün mərhələlərində fəal iştirak edir.
             
Hüquqi dövlət olan Azərbaycan Respublikasında siyasi partiyaların fəaliyyəti və inkişafı üçün şərait yaradılıb."Siyasi partiyalar haqqında" qanunda göstərilir ki,dövlət siyasi partiyaların hüquqlarına və qanuni mənafelərinə əməl olunmasına ,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olaraq onların öz nizamnamə vəzifələrini yerinə yetirmələri,habelə öz sənədlərini dövlət mətbuat orqanları vasitəsilə yaymaları üçün bərabər hüquqi şərait yaradılmasına ,partiyaların rəhbər orqanlarının mühafizəsinə və təhlükəsizliyinə təminat verir.Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla ,dövlət orqanlarının və vəzifəli şəxslərin siyasi partiyaların fəaliyyətinə qarışmasına yol verilmir.



Aygül Həşimova,
C.Cabbarlı adına Ərkivan qəsəbə 1 saylı tam orta məktəbin Azərbaycan dili və ədbiyyat müəllimi




“Yeni həyat” qəzeti,
www.yeniheyet.az          
 шаблоны для dle 11.2
Вернуться назад