Главная > Maraqlı > Siyasi partiyalar haqqında qanun

Siyasi partiyalar haqqında qanun


18-01-2023, 12:12. Разместил: admin44

Azərbaycan Respublikasının siyasi sisteminin struktur formalaşması əsasən 1995-ci il noyabrın 12-də ölkənin yeni Konstitusiyasının qəbul edilməsi ilə başa çatmış oldu. Konstitusiyaya uyğun olaraq Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublika kimi müəyyənləşib. Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi xalqdır. Sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur.
         
Siyasi partiya anlayışı, partiyaların təsis edilməsi, partiyaların maliyyələşməsi  kimi məsələlər qanunvericilikdə konkret şəkildə göstərilməlidir. Siyasi partiyalara məhdudiyyətlərin qoyulması məsələsi bütün ölkələrdə dilemma yaradır. Demokratik cəmiyyət üçün məhdudiyyətlər Avropa İnsan Haqları Konvensiyasının müvafiq müddəalarında da əksini tapıb. Buna uyğun olaraq yeni qanun layihəsində olan məhdudiyyətlər də özünü göstərir. Bugünkü müzakirələrdə səslənəcək fikirlər, hətta söylənəcək iradlar belə ölkəmizin siyasi partiyalarla bağlı qanunvericiliyinin hazırlanmasına öz töhfəsini verəcək.
           
Hüquqi dövlət olan Azərbaycan Respublikasında siyasi partiyaların fəaliyyəti və inkişafı üçün şərait yaradılıb. Siyasi partiyalar haqqında qanunda da göstərilir ki, dövlət siyasi partiyaların hüquqlarına və qanuni mənafelərinə əməl olunmasına, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olaraq onların öz nizamnamə vəzifələrini yerinə yetirmələri, habelə öz sənədlərini dövlət mətbuat orqanları vasitəsilə yaymaları üçün bərabər hüquqi şərait yaradılmasına, partiyaların rəhbər orqanlarının mühafizəsinə və təhlükəsizliyinə təminat verir.
           
 Siyasi partiyalar haqqında  yeni Qanunun diqqət çəkən məqamları çoxdur. Dövlət qeydiyyatdan keçmiş bütün siyasi partiyaların sərbəst fəaliyyətinə təminat verilir.
Dövlət siyasi partiyaların təsis edilməsi və fəaliyyətlərinin həyata keçirilməsi üçün, hüquqlarına və qanuni mənafelərinə əməl olunmasına bərabər hüquqi şərait yaradılmasına təminat verir.
           
Siyasi partiyaların fəaliyyətinin dövlət tərəfindən hüquqi tənzimlənməsi siyasi plüralizmin təşviqinə xidmət etməlidir.Yeni Qanunda siyasi partiyaya ictimai-siyasi nəşrlərin, digər təbliğat və təşviqat materialların hazırlanması və satışı ilə bağlı olan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa icazə verilir. İcazə verilmiş sahibkarlıq fəaliyyətinin növləri ilə məşğul olmaq, həmçinin “Media haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq çap mediasını təsis etmək (çap mediasının iştirakçısı olmaq) üçün siyasi partiya təsərrüfat cəmiyyətləri yarada bilər və ya onlarda iştirak edə bilər.
             
Yeniliklərdən biri də siyasi partiyanın mülkiyyətində torpağın ola bilməməsi ilə bağlı qadağa aradan qaldırılmasıdır. İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin siyasi partiyanın əsaslandırılmış müraciəti əsasında və mövcud imkanlar daxilində onun qərargahla təmin edilməsi üçün tədbirlər görməsi nəzərdə tutulmuşdur.
           
Sonda bildirmək istəyirəm ki, siyasi partiyalar haqqında qəbul edilən qanun inanıram ki,Vətənimizin həm siyasi həm də iqtisadi inkişafına xidmət edəcək.



Nemet Abdullayev,
Bambaşı kənd sakini



“Yeni həyat” qəzeti,
www.yeniheyet.az          
 
шаблоны для dle 11.2
Вернуться назад