Главная > Maraqlı > Masallıda “Tur bələdçisi” mövzusunda görüş

Masallıda “Tur bələdçisi” mövzusunda görüş


19-01-2023, 23:30. Разместил: admin44

Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Masallı nümayəndəliyinin təşkilatçılığı ilə bələdçi Ceyran Quluzadənin təqdimatında “Bələdçi kimdir?” adlı görüş keçirilib.

Görüşdə Ceyran Quluzadə gənclərə “Turun növləri”, “Turistlərlə ünsiyyətin təşkili”, “Cənub zonasında turizmin perspektivləri”, “Tarixi abidələrin turistlərə təqdim edilmə qaydaları” haqqında geniş məlumat verib, ünvanlanan sualları cavablayıb.

Görüşün keçirilməsində məqsəd cənub bölgəsində turizmin inkişafına dəstək və gənclərdə bu sahəyə maraq oyatmaqdır.

Qeyd edək ki, görüş fəaliyyət planına uyğun olaraq “Gənc bələdçi” layihəsi çərçivəsində həyata keçirilib.



“Yeni həyat” qəzeti,
www.yeniheyet.az          
 шаблоны для dle 11.2
Вернуться назад