Главная > Maraqlı / Manşet > Masallıda səhiyyə işçiləri 20 yanvar şəhidlərini andılar
Masallıda səhiyyə işçiləri 20 yanvar şəhidlərini andılar20-01-2023, 20:36. Разместил: admin44 |
Masallı rayon Mərkəzi Xəstəxanasında 20 yanvar soyqırımının 33-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. İlk öncə səhiyyə işçiləri qanlı yanvar hadisələrində şəhidlik zirvəsinə ucalan soydaşlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Anım mərasimində çıxış edən Masallı rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru İlqar Əliyev qeyd etmişdir ki, 20 Yanvar şəhidləri arasında tibb sahəsində çalışanlar da olub. Mirzəyev Elçin Hüseynqulu oğlu Bakı Şəhər Səhiyyə İdarəsində inspektor, Marxevka Alekandr Vitalyeviç Buzovna təcili yardım məntəqəsində həkim, Əşrəfov Rəhman İsmixan oğlu Binədəki 29 nömrəli xəstəxanada sürücü işləyib. “Yeni həyat” qəzeti, www.yeniheyet.az Вернуться назад |