Главная > Maraqlı > Prezident İlham Əliyevin Davosda Çinin CGTN televiziya kanalına müsahibə verib

Prezident İlham Əliyevin Davosda Çinin CGTN televiziya kanalına müsahibə verib


20-01-2023, 15:26. Разместил: admin44

Davos İqtisadi Forumuna 50 ildən çoxdur ki, dünya liderləri, nüfuzlu şirkətlərin rəhbərləri qatılır. Builki Davos İqtisadi Forumunda müzakirələr postpandemiya dövründə yaranmış vəziyyət, problemlərdən çıxış yolları, iqtisadiyyatın şaxələndirilməsi və inkişafıdır. Bu Forum Azərbaycan üçün də mühüm əhəmiyyət kəsb edir. Bu tədbir dünyanın iqtisadi mənzərəsinin formalaşdırılmasında önəmli rol oynayaraq qlobal iqtisadiyyata və siyasi proseslərə yeni istiqamətlər verir. Bu mənada Foruma dövlətimizin başçısı İlham Əliyevin növbəti dəfə dəvət olunması Azərbaycan Prezidentinin yeni konfiqurasiya quruluşu dövründə də beynəlxalq aləmdəki yüksək nüfuzunun daha bir göstəricisidir.
         
Cənab Prezident İlham Əliyev Azərbaycanın siyasi və iqtisadi siyasəti barədə bütün həqiqətləri bu forumda iştirak edən nüfuzlu şəxslərə çatdırdı. Dövlətimizin başçısı Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumlarının və sazişlərinin ölkəmizə 22 min meqavatadək külək və günəş enerjisini istehsal etmək imkanı yaradacağını bəyan etdi. Üstəlik bütün bunlar yeni dünya düzənin tələbinə uyğun, dayanıqlı enerji təchizatına önəm verilməsi, xüsusilə işğaldan azad edilmiş ərazilərin yaşıl enerji zonası elan olunması nəzərə alınaraq həyata keçirildiyi bəyan edilməklə Prezident İlham Əliyevin Azərbaycanı yeni çağırışlar dövründə alternativsiz tərəfdaşa çevirməkdə olduğu aydın görünür.
         
Prezident İlham Əliyevin 2023-cü il 17 yanvar tarixində Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibəsində qeyd etdiyi kimi “Prezident İlham Əliyev bütün verdiyi sözləri yerinə yetirib. Siyasi həyatda heç vaxt olmayıb ki, Prezident İlham Əliyev söz verdiyinin arxasında dayanmasın. Verilən bütün sözlər yerinə yetirilib.” O cümlədən bildirib ki, Çin ölkəmizlə etibarlı münasibətlərə malikdir. Çin və Azərbaycan yaxşı dostlardır. Hər iki ölkənin dövlət başçıları arasında görüşlər təşkil olunur. Xüsusi olaraq qeyd etməlik ki, Çinin dövlət başçısı Si Cinpin ötən ilin payızında “Bir kəmər, bir yol” Sammiti çərçivəsində Pekində Prezident İlham Əliyevi “Çinin böyük dostu” adlandırmışdır. Azərbaycanla Çin arasında əməkdaşlıq üçün çox möhkəm siyasi platforma qurulub. 30 il ərzində davam edən siyasi münasibətlər artıq ölkələrin yaxşı tərəfdaş və bir-birinə etibar edən dostlar olduğumuzu nümayiş etdirir. Çinlə Azərbaycanın beynəlxalq təsisatlar çərçivəsində əməkdaşlığımız var. Hər iki dövlət bir birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik. Mötəbər beynəlxalq tədbirlərdəki münasibətllərdən bir daha aydın olur ki, iri şirkətlər və dövlətlər president cənab İlham Əliyevin siyasətinə inanırlar, etibar eidrlər, ona görə də ölkəmizlə iqtisadi və ticari əlaqələrin inkişafında maraqlıdırlar.
             
Prezident İlham Əliyevin məqsədyönlü xarici siyasəti nəticəsində də keçən dövr ərzində Azərbaycan regional və qlobal əhəmiyyətli iqtisadi, siyasi və humanitar layihələrin mərkəzinə çevrilib, bir sıra əhəmiyyətli əməkdaşlıq formatlarının təşəbbüskarı olub. Müasir dövrdə Azərbaycanın beynəlxalq səviyyədə həyata keçirdiyi bərabərhüquqlu və qarşılıqlı maraqlar prinsiplərinə söykənən xarici siyasət strategiyası ekspertlər tərəfindən təqdir olunan model kimi qiymətləndirilib. Ümumilikdə, Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu həmişə öz dinamikliyi, intensivliyi və çevikliyi ilə xarakterizə olunub və daim milli maraqlara söykənib.
 


Ülvi Rufullayev,
Masallı rayon Binə Xocavar kənd sakini


"Yeni həyat" qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад